Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyalı şahmatçı bir il müddətinə diskvalifikasiya edildi

03.07.2026 22:17 717
Rusiyalı şahmatçı bir il müddətinə diskvalifikasiya edildi
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Etika və İntizam Komissiyası rusiyalı şahmatçı, 14-cü dünya çempionu Vladimir Kramnik barəsində qərar çıxarıb.

Bu barədə təşkilatın rəsmi saytında məlumat yayılıb.

Qərara əsasən, rusiyalı qrossmeyster 2 il müddətinə diskvalifikasiya olunub, bunun 1 ili şərti hesab edilir.

FIDE-nin açıqlamasına görə, iş Kramnikin qrossmeyster David Navara və mərhum Daniel Naroditskiyə, həmçinin digər şahmatçılara qarşı sosial şəbəkələrdə və ictimai çıxışlarda etdiyi bəyanatlarla bağlı şikayətlər əsasında başlanıb.

Bildirilir ki, Kramnik həmin şahmatçıları saxtakarlıqda ittiham etmişdi. FIDE isə qeyd edib ki, konkret oyunçuları kifayət qədər sübut olmadan ictimai şəkildə ittiham etmək onların reputasiyasına və psixoloji durumuna ciddi zərər vura bilər və federasiyanın etik standartlarına ziddir.

Kramnik qərarla razılaşmadığını bildirərək apellyasiya verəcəyini açıqlayıb. O, FIDE Etika Komissiyasının ciddi prosedur pozuntularına yol verdiyini iddia edib və qərarın ləğv olunacağına inandığını deyib.

51 yaşlı Kramnik 2000-2007-ci illərdə şahmat üzrə dünya çempionu olub.

Son xəbərlər