Mojo.az Banner
23:01 Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin  |     22:56 Bu yol 20 Yanvar və “Şamaxinka”dakı nəqliyyat yükünü azalda bilər – EKSPERT - VİDEO  |     22:50 Ronaldonu belə geri qaytarmaq istəyirlər  |     22:43 Süd vəzi ağrısı nə zaman təhlükəlidir? – Mütəxəssisdən xəbərdarlıq  |     22:38 Şakiranın konserti ilk dəfə dünya üzrə canlı yayımlanacaq  |     22:30 Bu tarixədək pinqvinlər tamamilə məhv ola bilər  |     22:24 Övladınızın “WhatsApp” istifadəsinə nəzarət edə biləcəksiniz  |     22:19 Torpağa basdırılan silah-sursat üzə çıxarıldı  |     22:11 Uşaqlar yatmazdan əvvəl niyə çox danışırlar?  |     22:06 Estoniya tranzit yolunu bağladı  |     21:59 Bakıda kişi pilləkənlərdən yıxılıb öldü  |     21:51 Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb  |     21:46 "Forsaj" serial olacaq  |     21:39 “Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib  |     21:34 "FlyDubai" təyyarəsini kim xilas etdi?  |     21:28 Antibiotikin yeni zərəri üzə çıxdı - XƏBƏRDARLIQ  |     21:20 Elektron tullantılar təhlükəlidir? - Ekoloqdan AÇIQLAMA  |     21:15 Qırğızıstan ilk milli peykini kosmosa göndərdi  |     21:06 Sevgi və pulla bağlı 2 BÜRCƏ şad xəbər  |     21:00 Problemli kreditlər artır - Ekspert səbəbləri açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana gətirilən uşaq qidasının tərkibində toksinlər aşkar edilib - Tonlarla məhsul geri qaytarılıb

30.06.2026 21:50 372
Azərbaycana gətirilən uşaq qidasının tərkibində toksinlər aşkar edilib - Tonlarla məhsul geri qaytarılıb
"Azərbaycana idxal olunan 9 tondan çox uşaq qidası ixracatçı ölkələrə geri qaytarılıb".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Trend" İnformasiya Agentliyinə və "Xəzər" TV-yə birgə müsahibəsində deyib.

AQTA sədrinin sözlərinə görə, bunun 2 568 kiloqramı Türkiyədən, 2 400 kiloqramı Gürcüstandan, 4 435 kiloqramı isə İsveçrədən idxal olunan uşaq qidaları olub:

"Aparılan laborator müayinələr zamanı həmin məhsulların tərkibində təhlükəli toksinlər aşkar edildiyinə görə onlar tərəfimizdən ixracatçı ölkələrə geri qaytarılıb. Müxtəlif monitorinqlər zamanı 100 kiloqramdan çox uşaq qidası insan istehlakı üçün yararsız hesab olunaraq dövriyyədən çıxarılıb və məhv edilib".

Agentlik sədri bildirib ki, qida təhlükəsizliyi sahəsində aparılan nəzarət tədbirləri zamanı 46 müəssisədən götürülmüş 78 kolbasa və sosiska nümunəsi üzrə laborator müayinələr həyata keçirilib və nəticədə müxtəlif məhsullarda insan istehlakı üçün yararsız göstəricilər müəyyən edilib:

"Kolbasa və sosis məhsullarının üzərindəki etiket məlumatları ilə məhsulların faktiki qida dəyərləri arasında uyğunsuzluqlar da aşkarlanıb. Əsasən 10 halda məhsulun tərkibində at DNT-si tapılıb. Həmin faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb və aidiyyəti müəssisələr barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər həyata keçirilib. Bizim cəmiyyət adətən bu məsələlərdə daha çox sanitariya tərəfinə diqqət yetirir. Amma əslində, qida təhlükəsizliyində əsas məsələ gigiyenik tənzimləmədir. Yəni insanlar daha çox hansısa istehsal müəssisəsində aparılan yoxlamaları, sanitar normaların pozulmasını görür və buna diqqət yetirirlər".скачать dle 11.3
Mojo.az Banner