Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı

27.06.2026 21:47 330
Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı
Mərkəzi Afrika Respublikasında vəba xəstəliyinin yayılması qeydə alınıb.

Bu barədə ölkənin səhiyyə naziri Pyer Somse milli televiziya ilə çıxışı zamanı məlumat verib.

İyunun 27-nə olan məlumata görə, ölkədə 197 vəba yoluxması aşkarlanıb, 24 nəfər isə həyatını itirib.

Xəstəliyin yayılmasının episentri ölkənin cənub-qərbində yerləşən Bimbo və Mbaiki dairələridir. İlk yoluxma halı iyunun 14-də qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, vəba artıq Afrikanın 14 ölkəsinə yayılıb. Xəstəliyin ən geniş yayılması Konqo Demokratik Respublikasında müşahidə olunur. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin hesablamalarına əsasən, bu ölkədə ilin əvvəlindən bəri 21 min yoluxma və 726 ölüm halı qeydə alınıb.

Son xəbərlər