Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Bu il neçə nəfər meymun çiçəyinə yoluxub? - ÜST açıqladı

25.06.2024 18:55 1 545
Bu il neçə nəfər meymun çiçəyinə yoluxub? - ÜST açıqladı
2024-cü ilin əvvəlindən dünyada 3,1 mindən çox mpox xəstəliyinə (meymun çiçəyinin yeni adı) yoluxma halı aşkar edilib və 2022-ci ilin əvvəlindən bu günə qədər bu xəstəliyə yoluxanların ümumi sayı 97 mini keçib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

ÜST-nin meymun çiçəyi bölməsinin rəhbəri Rosamund Lyuis Cenevrədə keçirilən brifinqdə bunları deyib:

"Bu gün mpox ictimai sağlamlıq üçün təhlükə olaraq qalır... İlin əvvəlindən bəri dünyada 3100-dən çox laboratoriya tərəfindən təsdiqlənmiş hal qeydə alınıb”.

O qeyd edib ki, may ayı ərzində ÜST 26 ölkədən 600-ə yaxın təsdiqlənmiş hal haqqında məlumat alıb.
Lyuisin sözlərinə görə, xüsusilə Afrikada halların sayı artır. Aprel ayından bəri Cənubi Afrikada 13 təsdiqlənmiş xəstəliyə yoluxma halı qeydə alınıb. Konqo Demokratik Respublikasında ilin əvvəlindən 9291 nəfər yoluxmuş və 419 nəfər ölmüşdür.

ÜST-ün məlumatına görə, 2022-ci il yanvarın 1-dən 2024-cü il aprelin 30-dək dünyanın 117 ölkəsində 97 208 mpox yoluxma halı, o cümlədən 186 ölüm halı qeydə alınıb. Bu il aprelin 30-na olan məlumata görə, 2022-ci ilin əvvəlindən ən çox yoluxma halı ABŞ-da (32 820) qeydə alınıb. Sonrakı onluqda Braziliya (11 212), İspaniya (7 992), Kolumbiya (4 226), Fransa (4 218), Meksika (4 097), Böyük Britaniya (3 928), Almaniya (3 841), Peru (3 812) və Çin (3 812) qərarlaşıb. 2,357). Ümumilikdə halların 80,8%-i bu ölkələrin payına düşür.

Son xəbərlər