Mojo.az — elanlar
Son Xəbərlər
13:51 Özəl liseylərdə təhsil haqqı niyə 50 min manata çatır? – AÇIQLAMA  |     13:35 Terrorun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir  |     13:05 Korrupsiyaya görə tutulmuş vəzifəli şəxslər bir həftəyə azadlığa çıxırlar  |     13:00 Müdafiə büdcəsində dəyişiklik: Hərbi qüvvələrə ayrılan vəsait artır, xüsusi layihələrə xərclər azalır  |     12:54 Azərbaycan nefti bahalaşıb  |     12:53 Metroda "qırmızı xətt" üzrə qatarlar əvvəlki qaydada hərəkət edəcək  |     12:48 Azərbaycanda təhsilə ayrılan vəsait 5.1 milyard manata çatdırılır  |     12:43 Azərbaycanın dövlət büdcəsində kəsir artacaq  |     12:41 Xarici yardımlara ayrılan vəsaitin miqdarı xeyli artırılır  |     12:38 Koçaryanın oğlunun həbs müddəti daha iki ay uzadıldı  |     12:37 Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçuları Azərbaycana gəliblər  |     12:36 İcbari tibbi sığortaya ayrılan vəsait artırılır  |     12:33 Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular  |     12:30 Salyanda istixanada işləyən kişini elektrik cərəyanı vuraraq öldürdü  |     12:28 Gələn il dövlət büdcəsindən şəhər və rayonlara vəsait ayrılmayacaq  |     12:23 10 yaşlı uşağa təcavüz edən "Akula Akif": "Cinlər məni yoldan çıxardı"  |     12:20 Naxçıvana ayrılan dotasiya azaldılır  |     12:19 Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü  |     12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi

25.06.2026 11:53 549
Gürcüstan parlamentinin sədri Bayden administrasiyasını ittiham etdi
"ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası Gürcüstanda hakimiyyəti antidemokratik üsullarla dəyişməyə cəhd edib".

Bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "Rustavi 2" telekanalına müsahibəsində bildirib.

"Co Bayden administrasiyası Gürcüstanda hakimiyyəti antidemokratik üsullarla dəyişməyə çalışırdı. Bunun təsdiqi kimi yeni administrasiyanın - Donald Tramp administrasiyasının USAID-in fəaliyyətini dayandırmasını göstərmək olar. Amerika xalqının pulları müxtəlif ölkələrdə hakimiyyətlərin dəyişdirilməsi üçün istifadə olunurdu və Gürcüstan da USAID-in hakimiyyəti antidemokratik yolla dəyişməyə çalışdığı ölkələrdən biri idi", - deyə Papuaşvili bildirib.

Papuaşvili əlavə edib ki, ABŞ tərəfinin bu cür cəhdləri Gürcüstanda həm 2020-ci, həm də 2024-cü il parlament seçkisindən sonra müşahidə olunub.

2024-cü ildə Tbilisi ilə Vaşinqton arasında münasibətlər daha da gərginləşib. Gürcüstanın baş naziri noyabrın 28-də ölkənin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların başlanması prosesinin dayandırıldığını açıqladıqdan sonra ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığı dayandırıb.

Eyni zamanda, Donald Trampın prezidentliyə qayıdışından sonra Gürcüstan hakimiyyəti Vaşinqtonla münasibətlərin normallaşacağına ümid etdiyini dəfələrlə bəyan edib və ABŞ tərəfindən qarşılıqlı addımlar gözlədiyini bildirib.

Son xəbərlər