Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:26 Onkoloji xəstə gənc Qurbanov üçün "Qarabağ" mahnısı oxudu - Video | 17:09 Bakıda 55 min manatlıq dələduzluqda təqsirləndirilən şəxs saxlanıldı | 16:41 İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı | 16:33 Dövlət qulluğunda islahatlar: Gömrük xidmətində rotasiya qaydaları tətbiq ediləcək | 16:23 Qaxda silsilə oğurluqlar edən şəxs qandallandı | 16:22 Noyabrda hava necə olacaq? | 15:56 Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI | 15:31 Selin ziyan vurduğu istiqamətdə qatarların hərəkəti bərpa olunur - Tarix açıqlandı | 15:28 Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açılıb - Foto | 15:24 Maaş kartı ilə bağlı MÜHÜM dəyişiklik: son qoyulur | 15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Məktəbə başlayan hər min şagirddən səkkizinin təhsil taleyi naməlumdur - RƏSMİ

20.06.2026 14:08 654
Məktəbə başlayan hər min şagirddən səkkizinin təhsil taleyi naməlumdur - RƏSMİ
2014-cü ildə birinci sinfə qəbul olunan 146 062 şagirddən təxminən 0.8 faizi orta məktəbi başa vurmayıb.

Median.Az
"Trend"ə istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunub.

Qeyd olunub ki, onların sonrakı təhsil taleyi barədə rəsmi məlumat mövcud deyil.

"2025-ci ildə orta məktəbi bitirən şagirdlərin təxminən 10 faizi təhsilini ali və ya orta ixtisas təhsili səviyyəsində davam etdirməyib. Onların 70 faizini oğlanlar, 30 faizini isə qızlar təşkil edir.

Həmin il 11-ci sinfi bitirən məzunlar 2014-cü ildə birinci sinfə qəbul olunan şagirdlərdir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2014-cü ildə ölkə üzrə 146 062 nəfər birinci sinfə qəbul olunub. 2023-cü ildə isə 9-cu sinfi 144 875 şagird bitirib. Həmin il keçirilən buraxılış imtahanında 143 406 şagird iştirak edib, 1 469 şagird isə müxtəlif səbəblərdən imtahanda iştirak etməyib".

Son xəbərlər