Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |     17:33 Ata zarafatına görə pivə bakalını dostunun başında sındırdı  |     17:24 Saatlıda qaz olmayacaq  |     17:18 Baş Prokurorluqdan WhatsApp istifadəçilərinə XƏBƏRDARLIQ  |     17:15 Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü  |     17:06 Erməni nazir Şəkidəki hadisənin detallarını açıqladı: Nəsimi Musayev necə saxlanıldı?  |     16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya Gümrüdəki hadisəyə görə İrəvana nota verdi

18.06.2026 21:52 432
Rusiya Gümrüdəki hadisəyə görə İrəvana nota verdi
Moskva Gümrüdə Böyük Vətən Müharibəsi Qəhrəmanlarının xatirəsinə ucaldılmış abidənin təhqir edilməsi ilə bağlı İrəvana etiraz notası göndərib.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

Diplomat deyib: "Bu küfr əməli sadəcə xuliqanlıq deyil, ölkələrimizin ortaq tarixi yaddaşına qarşı yönəlmiş hücum və Böyük Qələbəni ləkələmək cəhdidir. Əlbəttə ki, biz Ermənistan tərəfinə etiraz notası göndərmişik".

Zaxarova həmçinin Ermənistan mediasının Gümrüdəki abidə kompleksinin təhqir edilməsində Rusiyanı günahlandırmaq cəhdlərinə də toxunaraq, onları alçaq yalan adlandırıb: "Respublika hakimiyyəti ilə əlaqəli bəzi informasiya resurslarının hadisəni qəsdən törədilmiş təxribat kimi təqdim etmək cəhdlərini müşahidə etmişik. Təxribat törədə biləcəyimiz və ya buna bənzər bir şey edə biləcəyimiz nələrsə uydurmağa ehtiyac yoxdur. Xeyr, bu belə deyil. Bu, həqiqət deyil. Bu, alçaq, iyrənc və açıq-aydın yerində uydurulmuş bir yalandır. Bütün bunlar ağıl və ədəb-ərkandan kənardır".
//unikal.az

Son xəbərlər