Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Zaxarova: "Qərb mediasının Rusiyanı Yeni Kaledoniyada baş verənlərdə ittiham etməsi təəccüblü deyil" - VİDEO

23.05.2024 18:32 849
Zaxarova:
"Qərb mətbuatının Rusiyanı Slovakiyanın baş nazirinə sui-qəsd cəhdində və Yeni Kaledoniyada baş verən hadisələrdə ittiham etməsi təəccüblü deyil".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə Baku TV-Ru-nun Yeni Kaledoniyada baş verənlərə görə Rusiyaya qarşı BBC-nin ittihamları ilə bağlı sualını şərh edərkən deyib.

O, Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdinin bütün dünyanın gözü qarşısında, canlı yayımda olduğunu xatırladıb.

"Buna baxmayaraq, Qərb mediası bunun üçün həyasızcasına Rusiyanı günahlandırdı. Belə olan halda Yeni Kaledoniyanı da uydurmaq olar, hansısa mövcud olmayan qalaktikanı da aid etmək olar", - deyə o vurğulayıb.

"Buna təəccüblənməyə ehtiyac yoxdur, bunda məyus olacaq bir şey də yoxdur. Sadəcə, bilmək lazımdır ki, dezinformasiyanı kim yayır, feykləri kim yaradır", - deyə Zaxarova sözlərini yekunlaşdırıb.скачать dle 11.3
Mojo.az Banner