Mojo.az — elanlar
Son Xəbərlər
22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |     18:51 Bakıda manatlıq taksidə 16 yaşlı oğlana qarşı seksual xarakterli təzyiqdə şübhəli bilinən sürücü saxlanıldı  |     18:15 İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib  |     17:58 Otaq yoldaşını öldürüb parçaladı, adından mesaj yazıb, maaşını aldı - MƏHKƏMƏ  |    
Mojo.az Avto
Mojo.az Avto

Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO

18.04.2024 15:21 2 184
Zaxarova: “Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - VİDEO
“Ermənistana ancaq Cənubi Qafqazda Qərbin aləti rolu verilir”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib:

“Görünən odur ki, Vaşinqton və Brüssel Rusiya ilə Ermənistan arasında həm təhlükəsizlik, həm də iqtisadi sahədə bütün əlaqələri məhv etməyi, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi İttifaqının mexanizmlərini sarsıtmağı qarşısına məqsəd qoyub. Qərb ölkələri Cənubi Qafqazda ən yaxın qonşuları düşmən etməyə çalışır, Ermənistana isə sadəcə ABŞ və Avropa İttifaqının (Aİ) yeni böyük yanğınını alovlandırmağı planlaşdırdığı alət rolu verilir”.

Zaxarova Aİ, ABŞ və Ermənistan arasında Brüssel görüşündə qəbul edilən sənədi də şərh edib.

“Sənəddə rus sərhədçilərinin ABŞ-Aİ-NATO mütəxəssisləri ilə əvəzlənməsi, amerikalıların və Aİ-nin Ermənistan sərhədində Azərbaycan və İrana qarşı təxribat fəaliyyətinin genişləndirilməsi, eləcə də Ermənistanın mühüm infrastrukturunun və enerji sisteminin istiqamətinin dəyişdirilməsinin nəzərdə tutulduğu aydın olsa, təəccüblənmərik. Həqiqətən də ABŞ nümayəndələri və Avropa İttifaqı bu ideyaları İrəvana fəal şəkildə aşılayıblar”, - deyə Zaxarova bildirib.
Mənbə: TASS

Son xəbərlər