Mojo.az — elanlar
Son Xəbərlər
13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qadından pul aldı, əl-qolunu bağlayaraq "Prius"un baqajında Bakıya gətirdilər

17.06.2026 13:47 432
Qadından pul aldı, əl-qolunu bağlayaraq
Adam oğurluğunda ittiham edilən şəxslərə hökm oxunub.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan prosesin sonunda elan edilən hökmlə paytaxt sakini - 1987-ci il təvəllüdlü Rəşad Knyazov 9, onun qardaşı - 1990-cı il təvəllüdlü Urfan isə 8 il 6 ay müddətinə həbsə məhkum ediliblər.

Araşdırmalarla müəyyən edilib ki, onlar əmisi oğlanları Ayxan Knyazovla birgə Elşad Bəyov adlı şəxsi oğurlayaraq Xaçmazın Ukuroba kəndindən Bakıya gətiriblər.

Belə ki, Elşad Ayxanın tanışı olan qadınla münasibətdə olub və ondan hədə-qorxu yolu ilə pul alıb. Bundan sonra Ayxanın istəyi ilə əmisi oğlanları Rəşad və Urfan avtomobillə Bakıdan Xaçmaza gediblər. Onlar sözügedən qadının anasının evinə daxil olduqda artıq Elşadın orada döyüldüyünü görüblər. Onu əl-ayağını bağlayıb, ağzına əski parçası tıxayaraq "Toyota Prius" markalı avtomobilin yük yerinə yerləşdiriblər. Daha sonra Elşadı Hövsan qəsəbəsinə gətirərək bir gün orada girov saxlayıblar. Növbəti gün o, həmin evdən qaçaraq xilas olmağı bacarıb.

Qeyd edək ki, cinayətdə iştirak edən şəxslər, eləcə də E.Bəyov dini qruplaşma üzvü olublar.

Cinayətdə iştirak etməkdə şübhəli bilinən A.Knyazov isə axtarışa verilib.

Bundan başqa, zərərçəkmiş şəxs olan Elşad Bəyov barəsində ayrıca cinayət işi də açılıb.

Son xəbərlər