Mojo.az Banner
23:01 Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları təqdim olunub  |     22:53 Mikayıl Cabbarov iclas keçirdi  |     22:48 Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR  |     22:40 Latviya Rusiyaya etiraz notası təqdim etdi  |     22:34 Dünya çempionu olsalar da, rekord məbləğdə vergi ödəyəcəklər  |     22:27 Netanyahu iyulun 27-də Trampın dəvətilə Vaşinqtona səfər edəcək  |     22:22 Bağlanacağı deyilən Bakı Qızlar Universitetindən açıqlama  |     22:15 Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib  |     22:08 Şəmkirdə 12 yaşlı qız bıçaqlanıb öldürüldü  |     21:59 "Biləcəri" dairəsində yanğınla bağlı qoyulan məhdudiyyət aradan qaldırıldı  |     21:54 Bakıətrafı qəsəbələrin dəmir yolu şəbəkəsi genişləndirilir - VİDEO  |     21:46 Xocalı faciəsini "Haray"la dünyaya çatdıran rejissorun doğum günüdür  |     21:40 Türkiyədə miqrant əməliyyatı: Azərbaycan vətəndaşı saxlanıldı  |     21:32 "Flora xanım səhhətinə görə təmtəraqlı yubiley təklifindən imtina etdi"  |     21:27 Evini sığortalamayanları nə gözləyir?  |     21:19 Qocalmanın qarşısını ala bilsək, insan nə qədər yaşaya bilər? - Alimlər hesabladı  |     21:14 Şəki məktəbi şagird yoxdur deyə bağlanır? - Rəsmi açıqlama  |     21:08 Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı (VİDEO)  |     20:55 Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - Video  |     20:46 Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib  |    
Left Banner
Right Banner

Qohumunun arvadı ilə qaçan şəxsi döyüb öldürənlərlə bağlı QƏRAR

31.05.2024 12:09 990
Qohumunun arvadı ilə qaçan şəxsi döyüb öldürənlərlə bağlı QƏRAR
Qubada qohumunun arvadını qaçıran şəxsi döyərək öldürməkdə təqsirləndirilən Şahmar Əsədov, Sadıq Dadaşov, Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahmar Əsədov 18 il, Sadıq Dadaşov 18 il, Pərviz Əsədov 17 il, Mətləb Muradov 17 il, Zabit Yolçiyev 16 il və Nazim Mikayılov 16 il müddətinə azadlıqdan məhrum ediliblər. Ali Məhkəmə də qərarı dəyişdirmədən qüvvədə saxlayıb.

İttihamda yazılıb ki, təqsirləndirilən şəxslər Aynur Əsədova və Elşad Əsədovun birlikdə qoşularaq Bakıya qaçdıqlarını öyrəniblər. Onlar bunu namuslarına toxunmaq kimi qiymətləndiriblər. Buna görə də Aynur və Elşadı axtarmaq üçün Bakıya gəliblər. Hər ikisini taparaq Qubaya aparıblar.

Qubada olarkən əvvəlcə Sadıq Dadaşov maşında oturan Elşad Əsədova bıçaqla zərbə endirib. Daha sonra digər təqsirləndirilən şəxslər Elşadı maşından düşürərək çoxsaylı bədən xəsarəti yetiriblər. Elşad aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Elan olunmuş ittihamla Sadıq Dadaşov və Şahmar Əsədov özlərini qismən təqsirli biliblər.

Pərviz Əsədov, Mətləb Muradov, Zabit Yolçiyev və Nazim Mikayılov isə özlərini təqsirli bilməyiblər.

25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.

Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.

Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner