Mojo.az — elanlar
Son Xəbərlər
13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəki sakininin keçmiş qayınanası və arvadını öldürməsinin SƏBƏBİ - DƏHŞƏTLİ TƏFƏRRÜAT

16.06.2026 17:57 405
Şəki sakininin keçmiş qayınanası və arvadını öldürməsinin SƏBƏBİ - DƏHŞƏTLİ TƏFƏRRÜAT
Bakının Sabunçu rayonunda qeydə alınan dəhşətli qətl hadisəsinin təfərrüatı məlum olub.

Hadisə iyunun 14-də Sabunçu rayonunun Ramana qəsəbəsində baş verib.

Şəki sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradəni qətlə yetirib. Hadisədən sonra V.Lütfəliyev özünü də öldürüb.

Oxu.Az-ın məlumatına görə, Vüsalla Xəyalə 2022-ci ildə Şəki şəhərində ailə həyatı qurublar. Onların birgə nikahdan iki övladları olub. Vüsal Şəkidə bazarda bir müddət xırda ticarətlə məşğul olsa da, sonradan Bakıya köçməyə qərar verib və paytaxtda meyvə-tərəvəz alveri edib.

Ötən il Vüsalla Xəyalə arasında narazılıq yaranıb və qadın uşaqları ilə birlikdə qayınanasının yaşadığı Ramana qəsəbəsindəki evə köçüb. Vüsal dəfələrlə ailəsini geri qaytarmağa cəhd etsə də, qayınanası İradə buna imkan verməyib. Anasının təkidi ilə Xəyalə boşanmaq üçün məhkəməyə müraciət edib. Boşanma ərəfəsində Vüsal övladlarına aylıq aliment də ödəyirmiş.

İyunun 13-də Vüsal övladının ad gününü keçirməyi Xəyaləyə təklif etsə də, onun anası buna imkan verməyib. Nəticədə Vüsal övladını ad günündə görə bilməyib.

İyunun 14-də Vüsal yenidən keçmiş həyat yoldaşına zəng edərək övladlarını görməyə gələcəyini bildirib. Xəyalə buna etiraz etməyib. Həmin gün axşam Vüsal qızı üçün hədiyyə alaraq, onların yaşadıqları evə gəlib. O, mənzilə daxil olaraq qızına hədiyyəni təqdim edəndə, Xəyalənin anası onu alaraq zibil qabına atıb. Uşaqları isə yataq otağına keçirərək qapını bağlayıb. Bundan hiddətlənən Vüsal mətbəxdən bıçaq götürərək İradəyə boğaz nahiyəsindən xəsarət yetirib. Daha sonra o, hadisəyə mane olmaq istəyən keçmiş həyat yoldaşını da ürəyindən bıçaqlayıb. Vüsal həyat yoldaşının öldüyünü görüb, ardınca qayınanasının boğazını da kəsib. Daha sonra uşaqları ilə sağollaşaraq evdən çıxıb, qonşunun həyətində özünü öldürüb.

Son xəbərlər