Mojo.az Banner
18:33 Sabah bu ərazilərdə qaz olmayacaq  |     18:26 Yaş artdıqca evlənmək istəyi azalır? – Araşdırma nə deyir  |     18:18 Azərbaycan Premyer Liqasında son 10 mövsümün antirekordu  |     18:13 Bakıda yeni tribuna quraşdırıldı  |     18:08 Boşanma olmadan aliment: Kim, necə və nə qədər tələb edə bilər?  |     18:06 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     17:48 Gənclər Liqası: "Sabah"ın oyunlarının təqvimi  |     17:47 Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirdi  |     17:21 Kəndli məhsulunu satmır, məhv edir: Bazar niyə fermerə qapalıdır?  |     17:08 Tulin Ələkbərova və tələbəsi azadlığa çıxdı  |     16:57 Narkotest nəticələrini dəyişməyi vəd edən sabiq hərbçilərə HÖKM OXUNDU  |     16:50 30 illik cinayətin üstü açıldı: Rep əfsanəsini kim öldürüb və əmri kim verib?  |     16:42 Sevgilisinə mesaj yazdı, səhvən arvadına göndərdi - Evdə dava düşdü, iş məhkəmədə bitdi  |     16:39 "Təzə Bazar"da oğurluq: Müştəri kimi getdi, 1100 manatlıq telefon oğurladı  |     16:20 Gömrükdən 232 minlik malı qanunsuz keçirmək istəkləri ürəklərində qaldı  |     16:01 34 il əvvəl atasını ağacla öldürən şəxs həbs edilib - TƏFƏRRÜAT  |     15:47 Balıq ovu mövsümü açıldı  |     15:43 Günəş partlayışları və maqnit qasırğası riski: Sentyabrın ilk günləri üçün proqnoz  |     15:30 Azərbaycanda yeni su tarifləri müəyyənləşdi  |     15:28 Paşinyan: "İrəvan kommunikasiya və ticarət layihələrinin icrası üçün Bakı və Ankara ilə sıx işləyir"  |    
Left Banner
Right Banner

Əli Kərimli barəsində QƏRAR VERİLDİ

16.06.2026 13:56 579
Əli Kərimli barəsində QƏRAR VERİLDİ
AXCP sədri Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Median.Az
APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, iyunun 10-da Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində başlanmış cinayət işi üzrə AXCP sədri Əli Kərimli barəsində qətimkan tədbirinin müddətlərinin uzadılması barədə qərar verib. Əli Kərimli barəsində seçilmiş həbs qətimkan tədbiri 5 ay müddətinə uzadılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, xarici xüsusi xidmət orqanlarının Azərbaycanın təhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyata keçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüş kompleks tədbirlər nəticəsində Azərbaycan vətəndaşları - Ramiz Ənvər oğlu Mehdiyev, Abbas Aydın oğlu Abbasov, Əli Əmirhüseyn oğlu Kərimli və qeyrilərinin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələr yaranıb.

Cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərə kömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb ediliblər.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner