Mojo.az — elanlar
Son Xəbərlər
19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |     16:49 Azərbaycanda bəzi mənzillər bahalaşacaq  |     16:29 Xarici ölkə vətəndaşlarının tapşırıqlarını yerinə yetirənlər ələ keçdilər - Əməliyyatın videosu  |     16:27 Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?  |     16:18 Prezident Qazaxıstanla imzalanmış sazişi təsdiqlədi  |     15:49 Müğənni Jony nadir xəstəliyə tutulub  |     15:35 Qalmaqallı generalın polkovnik dostuna qarşı 200 minlik ittiham - TTM-də mütəşəkkil korrupsiya  |     15:18 Hindistanla əməkdaşlıq yeni mərhələyə keçir: Azərbaycan nə qazanacaq?  |     15:14 Bakıda 3-cü yerüstü stansiyanın istifadəyə veriləcəyi tarix məlum oldu  |     15:09 Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu - Təfərrüat  |     15:08 Nəqliyyat və rabitə xərcləri təxminən üç dəfə artırılır  |     14:20 Maşınınızı satmağa tələsməyin! Azərbaycanda avtomobillərlə bağlı nə baş verəcək?  |     14:10 İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib  |     14:07 Azərbaycanda bəzi hərbçilərə növbəti rütbə daha tez veriləcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə oxuyan tələbələr üçün quru sərhədlər açıla bilərmi?

12.06.2026 21:32 312
Türkiyədə oxuyan tələbələr üçün quru sərhədlər açıla bilərmi?
"İyunun 15-dən sonra Türkiyədə təhsil alan tələbələrin ölkəyə kütləvi qayıdışı başlayacaq. Quru sərhədlərin bağlı olması tələbələrin Azərbaycana dönüşünü çətinləşdirib".

Bu barədə Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli bildirib.

O qeyd edib ki, Türkiyədə təhsil alan tələbələrin ölkəyə qayıdışı üçün hər il təyyarə bilet qiymətlərində endirim kampaniyaları həyata keçirilirdi:

"Tələbələr üçün biletlər əvvəl 90 manat civarında müəyyənləşirdi. Təəssüf ki, bu il hələ belə bir güzəştli kampaniya nəzərdə tutulmayıb. Yaxşı olardı ki, tələbələr üçün müəyyən güzəştlər tətbiq olunsun. Bu məsələdə dövlət, xüsusilə Elm və Təhsil Nazirliyi təşəbbüs göstərə bilər".

Ekspert quru yolların açılmasının da vacibliyini vurğulayıb:

"Bu çox yaxşı olardı. Valideynlərin narahatlığının azalması üçün tələbələrin ölkəyə qayıdışı asanlaşdırılmalıdır. Artıq Türkiyədə əksər ali təhsil müəssisələrində tədris yekunlaşıb, yalnız bəzi universitetlərdə bir həftəlik dərs qalıb. Bəzi tələbələr bilet ala bilmədiyi üçün Türkiyədə qalaraq işləməyə məcbur olurlar".

Məzahir Məmmədli bildirib ki, tələbələrin Türkiyədə qalaraq işləməsi onların istirahət imkanlarını məhdudlaşdırır və növbəti tədris ilinə hazırlığını çətinləşdirir:

"Onların istirahət hüququ pozulur, növbəti tədris ili üçün kifayət qədər enerji toplaya bilmirlər. Ailələrindən uzaq qalmaq da əlavə psixoloji yük yaradır. Ona görə bu məsələyə dövlət səviyyəsində yanaşma vacibdir".

İqtisadçı ekspert Natiq Cəfərli isə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayının təxminən 45 min olduğunu bildirib:

"Bu rəqəm bakalavr, magistratura və doktorantura səviyyələrini əhatə edir. Yay tətili başlayır, Türkiyə artıq ucuz ölkə deyil. İki aylıq tətil dövründə orada qalmaq tələbələr üçün əlavə xərc yaradır. Yayda iş tapmayan tələbələr vətənə dönərək ailələri ilə görüşmək və xərclərini azaltmaq istəyirlər".

O əlavə edib ki, son illərdə quru sərhədlərin bağlı qalması tələbələr üçün əlavə çətinlik yaradır:

"Naxçıvan qeydiyyatı olan tələbələrin quru sərhəddən istifadə etməsi əlavə üstünlük yaradır və bu, regionlar arasında qeyri-bərabərlik effekti yaradır".

Natiq Cəfərli quru sərhədlərin ən azı tələbələr üçün açılmasının vacibliyini qeyd edib:

"Ən azından Türkiyədə təhsil alan tələbələr üçün quru keçidlərə icazə verilməlidir. Bu, onların daha ucuz və rahat şəkildə ölkəyə qayıtmasına imkan yaradardı. Yaxşı olardı ki, Nazirlər Kabineti, tələbələrin yay dövründə ölkəyə dönüşünü asanlaşdıracaq qərarlar qəbul etsin"

Son xəbərlər