Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |     20:14 Nihat Məmmədli dünya çempionatında gümüş medal qazandı  |     19:55 Sükan arxasında telefondan istifadə edənlər kamera vasitəsilə cərimələnəcəklər  |     19:44 Metro stansiyalarında ürək aparatları quraşdırılacaq  |     19:44 Bakıda kişi paltaryuyan maşına görə arvadını döydü  |     19:36 "Sumqayıt"ın doğma meydanına qayıdacağı tarix açıqlandı  |     19:30 Hava dəyişir: Yağış, qar və sel xəbərdarlığı  |     19:13 Beş milyonluq obyektin söküntüsü ilə bağlı iş məhkəmədə  |     19:04 Pakistan rəsmisi: "Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndiririk"  |     18:55 Azərbaycana qarşı çıxışlar edən Fatih Erşahin polisə çağırılıb  |     18:51 Arzu Əliyeva "Cənnətin ariyası" adlı tədbirdən paylaşım edib - Foto  |     18:41 İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar - Foto  |     18:37 Prezidentin sosial şəbəkə hesablarında Bakıdakı beynəlxalq forumla bağlı videoçarx paylaşılıb (Video)  |     18:32 İmişlidə söyüşə görə həmyerlisini güllələyərək öldürən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

“Spotify” 50 milyondan çox mahnını sildi

23.10.2026 19:10 216
“Spotify” 50 milyondan çox mahnını sildi
“Spotify” platforması süni intellektlə yaradılmış 50 milyondan çox mahnını tövsiyə sistemindən çıxarıb.

Şirkət aşağı keyfiyyətli məzmun və spam hesab etdiyi musiqilərin istifadəçilərə təklif edilməsini dayandırıb.

Qeyd olunub ki, həmin mahnılar platformadan tamamilə silinməyib. İstifadəçilər onları yalnız özləri axtararaq tapa biləcəklər. Bu musiqilər alqoritmlər və redaktorlar tərəfindən tövsiyə olunmayacaq.

“Spotify”ın açıqlamasına görə, son altı ay ərzində tövsiyə sistemində bir sıra dəyişikliklər edilib. Yeniliklər istifadəçilərin keçdiyi, dinləmədiyi və ya spam kimi şikayət etdiyi məzmunların təhlilinə əsaslanıb. Məqsəd insan sənətçilərin yaratdığı musiqiləri ön plana çıxarmaqdır.

Şirkətin hesabatında, həmçinin süni intellektlə yaradılan mahnıların 1 000 dinlənmə toplayaraq qonorar qazanma ehtimalının əvvəlki ilə müqayisədə 10 dəfə azaldığı bildirilib.

Qeyd edək ki, son dövrlər süni intellektlə yaradılan musiqilər musiqi platformalarında və hit-paradlarda daha çox yer almağa başlayıb. Bu tendensiya sənətçilərin müəllif hüquqları və musiqinin gələcəyi ilə bağlı müzakirələrə səbəb olub.

Son xəbərlər