Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

11.04.2025 23:01 834
"Youtube" məzmun istehsalçıları üçün süni intellektlə dəstəklənən və müəllif hüququndan azad musiqi hazırlamağa imkan verən yeni funksiyasını istifadəyə verib.

Platforma "Creator Music" bölməsinə əlavə etdiyi yeni funksionallıqla istifadəçilərə sadə göstərişlərlə fərdi musiqilər yaratmaq imkanı təqdim edir.

Şirkətin verdiyi açıqlamaya görə, "Creator Music" platformasına yeni "Music Assistant" (musiqi köməkçisi) bölməsi əlavə olunub. Bu bölmədə istifadəçilər yaratmaq istədikləri musiqini təsvir etməklə süni intellektin dəstəyindən yararlana bilirlər.

"Youtube" bildirib ki, bu yeni xüsusiyyət 2023-cü ildə istifadəyə verilən "Creator Music" platformasının davamıdır. Platforma müəllif hüququ olan musiqiləri qanuni şəkildə təqdim etmək məqsədi daşıyırdı. Son yeniləmə ilə isə istifadəçilərə həm də müəllif hüququ olmayan və pulsuz musiqi yaratmaq imkanı da verilir. Qeyd olunur ki, bu xüsusiyyət hələlik yalnız ABŞ-da yerləşən "YouTube Partnyorlar Proqramı" üzvləri üçün əlçatandır.

Qeyd edək ki, "YouTube" bundan əvvəl "Dream Track" adlı bənzər funksiyanı da sınaqdan keçirib. "DeepMind" şirkətinin "Lyria" texnologiyası ilə işləyən həmin sistem istifadəçilərə müəyyən üslublarda qısa musiqilər yaratmaq imkanı təqdim edirdi. Hazırda bu xüsusiyyət yalnız instrumental musiqi parçaları ilə məhdudlaşır.

Son xəbərlər