Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 50 min manatlıq "telefon biznesi" dələduzluğu

12.06.2026 21:13 405
Bakıda 50 min manatlıq
Bakıda telefon alqı-satqısı biznesi adı altında vətəndaşları aldadaraq külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, məhkəmə araşdırmaları zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs mobil telefonların aşağı qiymətə alınaraq daha yüksək qiymətə satılması və əldə ediləcək gəlirin bölüşdürülməsi vədi ilə tanışlarını pul yatırmağa razı salıb.

İttihama görə, o, 2024-cü ildə zərərçəkmiş şəxslərdən birindən hissə-hissə olmaqla ümumilikdə 28 min 200 manat alıb. Təqsirləndirilən şəxs həmin vəsait hesabına müxtəlif markalı mobil telefonlar əldə etsə də, sonradan onları sataraq qazandığı pulları şəxsi ehtiyaclarına sərf edib və üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

İstintaq materiallarına əsasən, o, analoji üsulla digər zərərçəkmiş şəxsdən də 2025-ci ildə ümumilikdə 21 min 800 manat vəsait əldə edib. Həmin pulların da telefon biznesinə yönəldiləcəyi və qazancın bölüşdürüləcəyi vəd olunsa da, vəsaitlərin təyinatı üzrə istifadə edilmədiyi müəyyən olunub.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü təqsirli hesab etməyərək bildirib ki, uzun illər mobil telefon alqı-satqısı ilə məşğul olub və zərərçəkmiş şəxslərlə şifahi razılaşma əsasında ortaq biznes fəaliyyəti həyata keçirib. Onun sözlərinə görə, maddi sıxıntılar səbəbindən satışdan əldə olunan vəsaitlərin bir hissəsini şəxsi ehtiyaclarına xərcləyib, lakin heç kimi əvvəlcədən aldatmaq niyyəti olmayıb.

Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirib ki, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın 15 min manatını sonradan kredit götürərək ödəyib. Qalan məbləğin isə maliyyə imkanlarının məhdud olması səbəbindən ödənilmədiyini deyib.

Zərərçəkmiş isə məhkəmədə verdiyi ifadədə təqsirləndirilən şəxsin telefon alqı-satqısı sahəsində təcrübəli olduğunu bildirərək ona etibar etdiyini qeyd edib. Onun sözlərinə görə, əvvəlki aylarda müəyyən gəlir əldə edilsə də, sonradan aparılan yoxlamalar zamanı mağazada saxlanılan telefon qutularının bir hissəsinin boş olduğu, bəzilərində isə yararsız telefon və batareyaların yerləşdirildiyi üzə çıxıb. Bunun nəticəsində ona ümumilikdə təxminən 50 min manat məbləğində maddi ziyan dəydiyi müəyyən edilib.

Məhkəmə toplanmış sübutları araşdıraraq təqsirləndirilən şəxsin dələduzluq cinayətini törətməkdə təqsirli olduğu qənaətinə gəlib. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirli bilinərək 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

İbtidai istintaq və axtarış zamanı tutulduğu ümumilikdə 4 gün müddət cəzadan çıxılıb və onun üzərində qəti olaraq 2 il 8 ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Son xəbərlər