Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

BYD fikrini dəyişdi: Türkiyədə zavodu olmayacaq

10.06.2026 20:24 366
BYD fikrini dəyişdi: Türkiyədə zavodu olmayacaq
Qlobal elektrikli nəqliyyat vasitələri bazarının ən böyük oyunçularından biri olan Çin avtomobil nəhəngi BYD Türkiyədə planlaşdırılan zavod layihəsini dayandırdığını açıqladı.

Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, BYD-nin vitse-prezidenti Stella Li Londonda "Reuters" agentliyinə verdiyi eksklüziv müsahibədə Türkiyədəki istehsal müəssisəsinin tikinti prosesinin dayandırıldığını və istehsalın başlanması üçün konkret bir müddətin müəyyən edilmədiyini bildirib. 

Daxili əməliyyatlarda prioritet sırasının dəyişdiyini vurğulayan Li aşağıdakı açıqlamaları verib: 

"Hazırda şirkətin ilk prioriteti Macarıstan bazarına investisiyalardır. İkinci diqqətimiz Avropada istehsal edə biləcəyimiz ikinci bir müəssisə üçün uyğun bir yer tapmaq olacaq".

BYD keçən il Türkiyə hökuməti ilə Manisada təxminən 1 milyard dollar dəyərində istehsal müəssisəsi qurmaq üçün rəsmi müqavilə imzalamışdı. İllik 150.000 ədəd nəqliyyat vasitəsi istehsalına imkan verəcək bu nəhəng layihə üzrə hələlik heç bir infrastruktur və ya tikinti fəaliyyətinə başlanılmayıb.

Çində istehsal olunan elektrikli nəqliyyat vasitələrinə Avropa İttifaqının tətbiq etdiyi tarifləri aşmağa çalışan BYD bölgədə birbaşa istehsalçı olmaq üçün aqressiv bir strategiya həyata keçirir. Şirkət bu ilin dördüncü rübündə Macarıstanın Seqed şəhərindəki ilk Avropa zavodunda montaj xətlərini istifadəyə verməyi planlaşdırır. 

Bundan əlavə, BYD rəhbərliyi Avropada sıfırdan bir fabrik tikməyin lojistik və vaxt xərclərinin qarşısını almaq üçün "Stellantis" və "Volkswagen" kimi tanınmış istehsalçıların boş zavodlarını müstəqil şəkildə əldə etmək üçün rəsmi əlaqələrini davam etdirir.

Son xəbərlər