Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:31 Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə paylaşım edib - Foto  |     12:30 Abşeronda kişi borc aldığı arvadını bıçaqladı  |     12:27 Rusiyada 18-ci mərtəbədən yıxılan kişi sağ qaldı  |     12:25 Bağça direktoru azyaşlıya qarşı zorakılıq edib? - Video  |     12:05 Anası tərəfindən zorakılığa məruz qalan yeniyetmə sığınacağa yerləşdirildi  |     11:42 Bakıda körpəsini qonşuya əmanət edən ana evə qayıdanda meyitini tapdı - Təfərrüat  |     11:40 Məktəbdə jurnalistlərə hücumu təşkil edənlər kimlərdir?  |     11:33 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub göndərdi  |     11:32 Bu il həbsxanalarda doğulan uşaqların sayı açıqlandı  |     11:23 Azərbaycanda yeni ombudsman seçiləcək  |     11:15 Azərbaycanda inflyasiya ilə bağlı yeni proqnoz  |     11:14 Şəmkirdə usta bədbəxt hadisə nəticəsində ölüb  |     22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Çin avtomobil istehsalçısı Türkiyədə zavod tikəcək

27.03.2025 20:39 852
Çin avtomobil istehsalçısı Türkiyədə zavod tikəcək
Çinin avtomobil istehsalçısı "Chery Automobile Co." Türkiyədə 1 milyard dollarlıq elektrikli avtomobil zavodu tikməyi planlaşdırır.

Bu barədə "İnterfaks" məlumat yayıb.

Türkiyə Sənaye Nazirliyinin açıqlamasında bildirilir ki, "Chery"nin Samsun şəhərindəki zavodu ildə 200 min avtomobil istehsal edə biləcək. Bundan əlavə, "Chery" bu zavodda avtomobil hissələri də istehsal etməyi planlaşdırır.

Layihəyə, həmçinin 5 min iş yerinin yaradılması nəzərdə tutulan tədqiqat və inkişaf mərkəzinin yaradılması da daxildir.

"Chery" zavodunun açılışı Türkiyədə Çin avtomobil istehsalçılarının mövcudluğunu genişləndirəcək. Türkiyənin Avropa İttifaqı ilə gömrük razılaşması olduğu üçün ölkə onların məhsullarının Avropaya ixracı üçün mərkəzə çevriləcək. Ötən il "BYD Co." da ölkədə 1 milyard dollarlıq zavod tikmək planını açıqlamışdı.

Keçən il Türkiyədə elektrik avtomobillərinin satışı bütün yeni avtomobil satışlarının 11%-ni təşkil edib.

Son xəbərlər