Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu | 16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi | 16:27 Bakıda idmançı məşq zamanı öldü | 16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək | 15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var | 15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır | 14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib | 14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto | 14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub | 13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA |
Mojo.az Avto
Mojo.az Avto

Söküntü zamanı kompensasiyanın verilməsi mexanizminə yenidən baxılmalıdır - Video

08.06.2026 19:04 408
Söküntü zamanı kompensasiyanın verilməsi mexanizminə yenidən baxılmalıdır - Video
Əvvəllər bir sıra ərazilərdə hər kvadratmetr üçün 1500 manat kompensasiya ödənilirdisə, hazırda bəzi layihələr üzrə bu məbləğ 2700 manata qədər yüksəlib.

Bakının 2040-cı ilədək Baş planına uyğun həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işləri aparılır. Söküntü aparılan zaman vətəndaşlara ödənilən kompensasiyanın məbləğı bəzi ərazilər və layihələr üzrə 2700 manata qədər yüksəlib.

Bəs bu artım hansı ərazilərdə müşahidə olunur? Yaxud, digər ərazilər üzrə də kompensasiya məbləğinə yenidən baxılmasına ehtiyac varmı?

Median.Az Xəzər Tv-yə istinadən xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyir ki, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olar. Vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər.

Vüqar Orucun sözlərinə görə, təcrübədə görülüb ki, kompensasiya məbləğı söküntüdən 6 ay -1 il əvvəl müyyən edilib. Bazar isə dinamik olduğundan vətəndaş ayrılan məbləğə artırılmış qiymətlərlə mənzil almaqda çətinlik çəkir. Yəni aldığı ödəniş yeni mənzil üçün kifayət etmir. Ona görə də öncə kompensasiya məbləğı qiymətləndirici tərəfindən müayyən olunmalı, sonra digər proseslərə start verilməlidir.

Son xəbərlər