Mojo.az Banner
20:39 Niyə kişilər daha çox duz istifadə edir? – ARAŞDIRMA  |     20:33 Ermənistanda siyasi qadağa: Bu şəxslər ölkədə qalmalıdır  |     20:27 Ermənistandakı seçkilər qeyri-qanunidir - Medvedev  |     20:20 Türkiyədə ata 3 yaşlı qızını girov götürdü – FOTO  |     20:14 Məşhur ukraynalı müğənni Bakıda kimin toyunda iştirak edib? (VİDEO)  |     20:09 Kirayə mənzillər bahalaşacaq  |     20:01 Mexanik ən pis iki yapon markasını açıqladı  |     19:56 Azərbaycanda ən çox və ən az olan heyvanlar  |     19:50 Dünyada hər il təxminən 1 trilyon dollarlıq ərzaq itkisi qeydə alınır  |     19:42 Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurdu  |     19:37 Mayda ölkədə ən çox yağıntı bu ərazilərdə qeydə alınıb  |     19:30 Qanunsuz saxlanılan silahlar aşkarlanıb  |     19:25 Sabah yağış yağacaq  |     19:16 Borca görə axtarışda olan 111 nəfər saxlanıldı  |     19:11 Meyvə-tərəvəz niyə ucuzlaşmır? - Video  |     19:03 Narkotik üçün pul istəyən oğlunu öldürmüşdü - "Onu xilas edə bilmədim" (FOTO)  |     18:36 Kürdəmirdə açıq ərazidə yanğın olub - YENİLƏNİB  |     18:27 Mürsəl Əliyevə yeni vəzifə verildi  |     17:23 Tanışlarına zor tətbiq edərək telefonunu aldılar - Hər ikisi saxlanıldı (Video)  |     16:45 Bəzi ərazilərdə yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA  |    
Left Banner
Right Banner

Bakıda yeni söküntülər və abadlıq layihələri: Hansı ərazilər dəyişəcək?

06.06.2026 14:00 225
Bakıda yeni söküntülər və abadlıq layihələri: Hansı ərazilər dəyişəcək?
Bakıda həyata keçirilən yenidənqurma və şəhərsalma layihələri çərçivəsində bir sıra ərazilərdə söküntü və abadlaşdırma işlərinin aparılması nəzərdə tutulur.

Median.Az
Baku.ws-ə istinadən xəbər verir ki, proses Bakı şəhərinin 2040-cı ilədək Baş Planına uyğun şəkildə həyata keçirilir.

Bəs hansı ərazilərdə söküntü işlərinin aparılması planlaşdırılır?

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib ki, ilkin mərhələdə Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yerləşən tikinti materialları bazarının və ətrafdakı kommersiya obyektlərinin sökülməsi gündəmdədir:

"Bundan başqa, Yasamal, Nərimanov, Nəsimi, Xətai, Sabunçu, Suraxanı və Binəqədi rayonlarında köhnə yaşayış fondunun yenilənməsi istiqamətində layihələr nəzərdən keçirilir.

Bayıl qəsəbəsi istiqamətində, Mərkəzi Parkın genişləndirilməsi ətrafında, eləcə də "Təzəpir" məscidi yaxınlığında müəyyən ərazilərdə yenidənqurma işlərinə başlanılıb. Zərgərpalan küçəsi və ətraf hissələrdə də abadlıq və infrastruktur layihələrinin icrası planlaşdırılır.

Şəhərin mərkəzində həyata keçirilməsi nəzərdə tutulan layihələrdən biri də Qış parkının genişləndirilməsi və onun Nizami küçəsi ilə əlaqələndirilməsidir. Layihə çərçivəsində yeni piyada keçidləri və ictimai məkanların yaradılması nəzərdə tutulur.

Bundan əlavə, Ceyhun Hacıbəyli küçəsində, vətəndaşların "Semaşko" kimi tanıdığı 1 saylı Kliniki Tibbi Mərkəzin ətrafında tramvay xəttinin yaradılması ilə bağlı infrastruktur işlərinin aparılması planlaşdırılır".

AQC sədri kompensasiya məsələsi ilə bağlı qeyd edib ki, əvvəllər bir sıra ərazilərdə hər kvadratmetr üçün 1 500 manat məbləğində ödəniş tətbiq edilirdisə, hazırda bəzi layihələr üzrə bu rəqəm 2 700 manata qədər yüksəlib:

"Bununla belə, vahid məbləğin müəyyənləşdirilməsi əvəzinə hər bir əmlak üzrə ayrıca qiymətləndirmə aparılması daha ədalətli yanaşma olardı.

Söküntüyə məruz qalan vətəndaşlara elə kompensasiya ödənilməlidir ki, onlar yaşadıqları əraziyə yaxın zonalarda yeni mənzil əldə edə bilsinlər. Bu, insanların şəhərin mərkəzi hissələrindən uzaqlaşmasının qarşısını almaqla yanaşı, sosial və iqtisadi tarazlığın qorunmasına da xidmət edər".скачать dle 11.3
Mojo.az Banner