Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri: Paşinyanın partiyasına neçə mandat lazımdır?

08.06.2026 13:08 726
Ermənistanda siyasi qüvvələrin parlamentdəki yerləri: Paşinyanın partiyasına neçə mandat lazımdır?
Ermənistanın baş naziri Nikol Paşinyanın lideri olduğu Vətəndaş Sazişi Partiyası parlamentdə 61 mandat alacaq.

Median.Az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin keçmiş ədliyyə naziri Arpine Ovannisyan bildirib.

Onun sözlərinə görə, hakim partiyaya parlamentin beşdə üç (3/5) hissəsini təşkil edən çoxluğa nail olmaq üçün cəmi iki mandat, üçdə iki (2/3) say üstünlüyünə yiyələnməyə isə doqquz mandatı çatmayıb.

Sabiq nazir qeyd edib ki, hesablamalarında o, Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin məlumatlarına əsaslanıb.

Onun fikrincə, parlamentdə "Güclü Ermənistan" bloku 28 mandat, "Ermənistan" bloku 11 mandat, Çiçəklənən Ermənistan Partiyası isə 5 mandat alacaq.

Ovannisyan müxalifət qüvvələrinin nümayəndələrini parlamentdə siyasi təsirin gələcək bölgüsünə dair yüksək səsli bəyanatlarla tələsməməyə çağırıb:

"Hamımız əvvəlki seçkilərdən sonrakı bəyanatları unutmamışıq. Həmçinin sonradan müxtəlif səsvermələr zamanı kimin və hansı şəkildə Vətəndaş Sazişi Partiyasını dəstəklədiyini də xatırlayırıq".

Onun fikrincə, təkcə mandatların bölgüsü deyil, həm də gələcək deputatların namizəd olduqları siyasi qüvvələrə sadiqlik dərəcəsi vacibdir.

Qeyd edək ki, Ermənistanda dünən keçirilən parlament seçkisinin ilkin nəticələri məlum olub.

Son xəbərlər