Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni intellekt ən sirli əlyazmanı deşifrə etdi

06.06.2026 22:11 459
Süni intellekt ən sirli əlyazmanı deşifrə etdi
Vatikan Kitabxanasının dərin arxivlərində qəribə simvollarla yazılmış sirli bir əlyazma 400 ildən sonra deşifrə edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 408 səhifəlik, 34 müxtəlif sirli simvol, bəzi Roma hərfləri və ərəb dilində yazılmış Borq Şifrəsi süni intellektlə aparılan tədqiqatlar sayəsində deşifrə edilib.

Kitabda insan bədənindəki xəstəliklər üçün gizli müalicə vasitələri yer alıb (Həmin dövrdə məlumatların şifrələnərək gizli saxlanıldığına inanılır, çünki bəzi müalicə üsulları cadugərlik və ya qadağan olunmuş təcrübələrlə əlaqələndirilə bilərdi, - red)

İsveçdəki Stokholm Universitetinin hesablama linqvistikası professoru Beata Megyesinin də daxil olduğu komanda, süni intellekt üsullarından istifadə edərək kodu sındırmağı bacarıb.

Megyesi bu prosesi "hər simvolun və hər naxışın bizi itirilmiş dünyanın sirlərinə bir az da yaxınlaşdırdığı detektiv tədqiqat" kimi təsvir edib.

Tədqiqatçılar süni intellektin köməyinə baxmayaraq, şifrələmə açarının deşifrəsinin hələ də çox zəhmətli bir proses olduğunu vurğulayıblar.

Kodun deşifrə edilməsi həmin dövrün tibbi anlayışı haqqında çoxlu maraqlı məlumatlar üzə çıxarıb:

Bunlara dizenteriyanı müalicə etmək üçün bir neçə stəkan qırmızı şərab içmək və ya xəmirdə hindistan cevizini fermentləşdirmək kimi qeyri-adi üsullar daxildir.

Tədqiqatçılar qeyd edirlər ki, mətndə minlərlə müxtəlif müalicə təklifi var.

Mütəxəssislərin fikrincə, dünya miqyasında arxiv və kitabxanalardakı materialların təxminən 1%-i tam və ya qismən şifrələnmişdir. Bu sənədlərə diplomatik yazışmalar, tibbi məlumatlar, gizli cəmiyyətlərin qeydləri, sevgi məktubları və dövrün siyasi sirləri daxildir.

Son xəbərlər