Mojo.az — elanlar
Son Xəbərlər
12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Maşının özü qədər xərci çıxdı": Vətəndaş avtomobil alarkən aldadıldığını iddia edir - Video

06.06.2026 13:29 798
Baku TV-nin qaynar xəttinə müraciət edən Orxan Cəlilov adlı vətəndaş avtomobil icarəsi və satışı ilə məşğul olan şirkətdən şikayətçidir.

Onun sözlərinə görə, kredit şərti ilə götürdüyü avtomobildə bir gün sonra texniki problemlər yaranıb. Vətəndaş nəqliyyat vasitəsini geri qaytarsa da, ödədiyi ilkin ödənişi ala bilmədiyini iddia edir.

Zərərçəkmiş Orxan Cəlilov hadisənin ötən ilin oktyabr ayında baş verdiyini bildirib:

"2 800 manat ilkin ödənişlə maşın almaq üçün şirkətin ofisinə yaxınlaşdım və 2011-ci il istehsalı olan "Hyundai Genesis" markalı avtomobili bəyəndim. Mənə maşının heç bir probleminin olmadığını dedilər. Ustaya göstərmək istədiyimi bildirdikdə isə "narahat olma, 10 gün ərzində hər hansı problem çıxsa, gətirib qaytararsan" dedilər. Mən də onların sözünə inanaraq pulu ödədim. Lakin avtomobili apardığım usta maşının özü qədər xərci olduğunu bildirdi".

O.Cəlilov qeyd edib ki, növbəti gün avtomobili qaytarmaq istədikdə şirkət rəhbərliyi ondan 300 manat xidmət haqqı tutacağını deyib: "Bir həftə, on gün ərzində məni bu qayda ilə yubatdılar. Sonda isə "hara istəyirsən şikayət et" dedilər. Ödəniş etdiyim barədə qəbzlər və imzaladığım müqavilə də mövcuddur".

Kreditləşməni həyata keçirən "Car Rental Azerbaijan" MMC isə ittihamları təkzib edib. Şirkət rəsmisi şikayətçinin psixoloji problemlərinin olduğunu iddia edib: "Bu şəxsin şikayət etmədiyi dövlət orqanı qalmayıb, hamısı da iddiaları əsassız hesab edib. Onun psixi çatışmazlığı var. Araşdırmalar nəticəsində də onun haqsız olduğu üzə çıxır. Əksinə, o şəxs mənə maddi ziyan vurub - avtomobili idarə edərək mühərrikini dağıdıb. Onun verdiyi puldan əlavə, hələ mənə 1 500 manat da borcu var".

Məsələni şərh edən hüquqşünas Mircavid Miriyev tərəflər arasında bağlanmış müqavilənin natamam olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, cəmi iki abzasdan ibarət olan bu sənəddə bütün məsuliyyət yalnız icarəyə götürənin üzərinə qoyulub:

"Mülki qanunvericiliyin əsas prinsiplərinə görə, əşyanı istifadəyə və ya satışa təqdim edən şəxs həmin əşyanın təyinatı üzrə yararlı vəziyyətdə olmasına cavabdehdir. Müqavilə bağlanarkən mövcud olan, lakin qarşı tərəfə bildirilməyən qüsurların sonradan aşkar edilməsi, alıcının (və ya icarəçinin) müqavilədən imtina etmək və ödədiyi məbləğin geri qaytarılmasını tələb etmək hüququnu yaradır. Vətəndaş hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər".

Məlumata görə, vətəndaşın rəsmi müraciəti əsasında hazırda polis əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər