Mojo.az Banner
23:02 Bu halda telefonunuz partlaya bilər  |     22:55 Bu şəxslərə kompensasiya ödəniləcək - ŞAD XƏBƏR  |     22:50 Bakıda sirkə turşusu daha bir can aldı  |     22:42 Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı  |     22:37 Kartof ucuzlaşdı - Bir kilosu 28 qəpikdir  |     22:28 Şamaxıda direktorun otağına hücum edən şəxsə hökm oxundu  |     22:23 Bakı bulvarında ŞOK OLAY: gənc oğlan son anda ölümdən döndü  |     22:15 Paşinyan Rusiyaya gedir?  |     22:10 Dərmanları soyuducuda saxlayanlara ciddi XƏBƏRDARLIQ  |     22:01 Məktəbin qiymətləndirməsi imtahanla üst-üstə düşmür - DİM sədri  |     21:56 Bakının bir hissəsində qaz olmayacaq  |     21:49 İsmayıllıda traktorun altına yıxılan kişi öldü  |     21:44 Gürcüstanda əcnəbi tələbələrə qarşı qaydalar sərtləşdirilir  |     21:31 Alvares "Arsenal"ı rədd etdi  |     21:26 Nazirlik saxta sağlamlıq arayışı verən məşhur klinikanın lisenziyasını ləğv etdi - RƏSMİ  |     21:23 Ağcabədidə itkin düşən yeniyetmələr Bakıda tapılıblar  |     21:16 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |     21:11 Numan Kurtulmuş Azərbaycana gəlib  |     21:04 Özbəkistan sərhəd torpaqları müqabilində Qırğızıstana iki kənd verdi  |     20:58 Yaxın günlərdə pomidor bahalaşacaq - Fermer səbəbi açıqladı  |    
Left Banner
Right Banner

Şikayətçi Gülarə Zeynal: "Optimal Elektronikadan hər hansı əşya alarkən ehtiyatlı olun, pulum da gedib, paltaryuyan maşınsız da qalmışam"

19.03.2019 11:27 3 534
Şikayətçi Gülarə Zeynal:
Şamaxı rayonundan olan Zeynal Gülarə iddia edir ki, 2018-ci ilin noyabr ayında Optimal Elektronika MMC-nin Şamaxı rayon filialına müraciət edərək oradan paltaryuyan maşın alıb: "Paltaryuyan 6 aylıq faizsiz kreditlə idi, ilkin ödəniş olmadığı halda ilkin ödəniş də etdim, hər ay da kreditimi vaxtı-vaxtında ödəyirdim. Aldığım Samsung paltaryuyan maşın idi. Alandan bəri işlədə bilməmişəm maşını, gəlib quraşdırdılar, getdilər. Lakin gedəndən sonra gəldim maşının qapağını açım gördüm maşın sönüb, qapağı açılmır. Zəng etdim nümayəndəyə ki geri qaydın, maşının qapağı açılmır. Dedilər ki, əl vurmayın özü açılacaq. Maşının qapısı sutka yarım açılmadı. Zəng etdilər ki, nümayəndə gələcək 4 gündən sonra. Nümayəndə gələcək, amma nümayəndə gəlmədi".

Median.Az
xəbər verir ki, bu sözləri Optimaldan şikayətçi olan Zeynal Gülarə AZEL.TV-yə videoaçıqlamasında bildirib. O qeyd edir ki, 3 dəfə usta gəlib baxıb, aktlaşdırıb gedib, indi deyirlər ki, gərək aparıb düzəldib gətirək. Əvvəl maşının qapağı sutka yarıma açılırdısa, axırıncı usta gələndən qapısı bağlanıb, ümumiyyətlə açılmır. Xanım şikayətçi bildirdi: "50 manata yaxın pul ödəmişəm, nə gəlib maşını düzəldirlər, nə də pulumu qaytarırlar. Deyirlər ki, gəlib aparıb düzəldərik. 3 dəfə remont olan maşına mən niyə 1000 manat ödəməliyəm? Ondansa, elə gedib 100 manata işlənmiş maşın alardım." Şikayətçi şikayətləməkdə davam edir:


"Daha sonra tələbim ondan ibarətdir ki, gəlib maşını götürüb dəyişsinlər, ya da pulumu geri qaytarsınlar. Mən iş adamıyam, niyə əlimlə paltar yumalıyam? Əsəblərimi də korlayıblar. Xahiş edirəm, sosial mediadan, mənə kömək edin. Bunların istədiyi odur ki, 5 ay da vaxtı uzadalar, zəmanət bitsin, maşın mənim üzərimdə qalsın. Onu da qeyd edim ki, maşını mənə Bakı nümayəndəliyi gətirib. Qeydiyyatım Şamaxı rayonu olduğu üçün sənədləşmə sadəcə Şamaxıda olub. Cəmi 3-4 dəfə paltar yumuşam, qapı açılmadığı üçün paltarı paltaryuyan maşının qapısının pəncərəsindən çıxarmışam. Rusiyadan detal gətirdilər, həmin detalı qoyandan sonra da bu maşın işləmədi. Əksinə, təmiz bağlandı, açılmır. Yanvar ayından da kredit ödənişini dayandırmışam, çünki rəsmi müraciət etmişəm ki, gəlin, maşını götürün." Şikayətçi sonda üzünü Optimal müştərilərinə tutaraq bildirib ki, Optimaldan hər hansı əşya alarkən ehtiyatlı olsunlar ki, sonda başlarına onun başına gələn kimi problem gəlməsin. "Diqqətli olsunlar, həm pulumu vermişəm, həm paltaryuyansız qalmışam. Bundan əlavə də mənim bütün əsəblərim pozulub. Son ümüd yerim məhkəmədir. Məhkəməyə müraciət edəcəyəm. Həm əsəb keçirdiyimə görə təzminat alacağam, həm də təzə paltaryuyan maşın alacağam," - deyə şikayətçi videomüraciətdə şikayətlənib.

Şikayətçinin iddaları ilə bağlı Optimal Elektronika MMC ilə əlaqə yaratmağa cəhd etdik, əlaqəmiz alınmadı. Buna baxmayaraq, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.скачать dle 11.3
Mojo.az Banner