Mojo.az Banner
22:57 Çin heyətinin olduğu yük gəmisi batdı: 24 nəfərin taleyi açıqlanmayıb  |     22:44 "Özünü idarə edə bilmir" - Davranış pozuntusu olan uşaq məktəbə niyə qaytarılıb? - VİDEO  |     22:13 Azərbaycan onları axtarır (SİYAHI)  |     21:58 Sumqayıtda internat yataqxanasında GÜCLÜ YANĞIN: Zəhərlənənlər var  |     21:52 Azərbaycanda dəhşətli hadisə: Gölə düşən qardaşını xilas etmək istəyən bacı boğulub öldü, digəri axtarılır  |     21:44 Bakının günəşi avtomobilləri necə qocaldır?  |     21:40 "Tərcüməçi" filminin aktyoru Maykl Rayt vəfat etdi  |     21:39 Goranboy-Naftalan yolunda ağır qəza: Həlak olanlar var  |     21:08 Rusiya XİN: Metsamor AES-in bağlanması Ermənistanın enerji asılılığını artıracaq  |     21:02 Keçmiş məktəb direktoru vəfat etdi  |     20:50 Bu adada rekord sayda uzunömürlü insan yaşayır: Onlar hər gün nə yeyirlər?  |     20:44 Sahibkarlara şad xəbər: yeni güzəştlər sentyabrın 1-dən başlayır  |     20:35 Ürəyi və qan damarlarını qoruyur: Kişilərə səhərlər hansı içkini içməlidir?  |     20:27 Süni intellektə kimlər daha çox güvənir: Gənclər, yoxsa yaşlılar?  |     20:22 "Bu zəhrimar xəstəlik onu apardı" - Faiq Ağayev köməkçisindən danışdı  |     20:14 100 min manatdan çox vergi borcu yarandı - Ölkədən çıxışına qadağa qoyuldu  |     20:09 İran sərhədində atışma - Ölən var  |     20:02 Kəlbəcər və Laçın arasındakı məsafə 32 km qısaldılır (VİDEO)  |     19:57 Sabah 40° isti olacaq  |     19:49 Həbs olunan Ruslan Məmmədov bu federasiyada vitse-prezident imiş  |    
Left Banner
Right Banner

Azərbaycana gətirilən bu avtomobillərdə ciddi problemlər aşkarlanır - VİDEO

23.08.2021 12:56 1 968
Azərbaycana gətirilən bu avtomobillərdə ciddi problemlər aşkarlanır - VİDEO
İnternet üzərindən Koreyadan avtomobil alan şəxs külli miqdarda ziyana düşüb.

Median.Az "xezerxeber.az"-a istinadən xəbər verir ki, paytaxt sakini Vüqar Şahmuradov deyir ki, bir neçə ay əvvəl sözügedən ölkənin istehsalı olan avtomobili gömrük rəsmiləşdirməsi xərci ilə bərabər 14 min manata Bakıya gətirdib.

Xarici ölkəyə məxsus satış saytından aldığı ikinci əl avtomobili Vüqar Şahmuradov ustaya aparıb.

Usta Sahil Ağabəyli deyir ki, Azərbaycana Koreya və Amerika bazarından gətirilən avtomobillərin böyük əksəriyyətində problemlər olur. Bu ölkələrdə sürülüb satışa çıxarılan avtomobillərin nə mühərrik, nə də ki sürət qutusunun yağı dəyişdirilmir. Bundan başqa, həmin avtomobillərin alt işlək hissələrində də çox nasazlıqları aşkar edilir.

Usta deyir ki, Amerika bazarından gələn avtomobillər də qəzalı vəziyyətdə olur. Səbəb də həmin nəqliyyat vasitələrinin Amerikada sığorta şirkətlərindən hərrac yolu ilə alınmasıdır.

Sahil Ağabəylinin sözlərinə görə, o ölkədə avtomobilin təmir xərci çox olduğundan sürücülər qəza zamanı nəqliyyat vasitəsini yenindən işlək vəziyyətə gətirmirlər. Maşını sığorta şirkətinə verib nağd pulunu alırlar.

Usta bildirir ki, xarici ölkələrdən sayt üzərindən avtomobil almaq olduqca risklidir. Sahil Ağabəyli məsləhət görür ki, avtomobil alarkən mümkün qədər onu görmək, ustaya yoxladıb almaq lazımdır. Əks halda 4-5 min manat ziyana düşmək ehtimalı var.скачать dle 11.3
Mojo.az Banner