Mojo.az — elanlar
Son Xəbərlər
12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |     11:52 Ermənistan sərhədi keçən azərbaycanlı çobanı geri qaytaracaq  |     11:50 Çoxmərtəbəli binanın zirzəmisində gizlədilən qızılları divarı dağıdaraq taladı  |     11:40 "Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı yeni qərar  |     11:38 Sahibkarın bir milyon manatını mənimsədi, mərc oyunlarında uduzdu - Bakıda şok dələduzluq  |     11:37 Həkim yod çatışmazlığından qorunmağın ən asan yolunu açıqladı  |     11:26 Avropada saytlara giriş kütləvi şəkildə məhdudlaşdırılır  |     11:15 Sabahdan Azərbaycanda bəzi gömrük rüsumları 20 dəfə artırılacaq  |     23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib

05.06.2026 21:21 399
Bakı Zooloji Parkında Amur pələngi balaları dünyaya gəlib
Bakı Zooloji Parkında biomüxtəlifliyin qorunması istiqamətində sevindirici və mühüm bir hadisə qeydə alınıb. Nəsli kəsilmək təhlükəsi altında olan Amur pələnginin 2 balası dünyaya gəlib.

Amur pələngi öz yarımnövləri içərisində böyüklüyünə görə birincidir. O, qütb və qonur ayıdan sonra quruda yaşayan üçüncü ən böyük yırtıcı hesab olunur. Təbii arealı əsasən Uzaq Şərqi və Çini əhatə edir. Hazırda bu növ Beynəlxalq Təbiəti Mühafizə Birliyinin (IUCN) "Qırmızı siyahı"sına və Rusiya Federasiyasının “Qırmızı Kitab”ına daxil edilib.

Qeyd edək ki, Bakı Zooloji Parkı təbiətin mühafizəsi və biomüxtəlifliyin qorunmasında mühüm rol oynayır. Parkın əsas məqsədi Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş, sayı azalan və nəsli kəsilmək təhlükəsi altında olan heyvan növlərinin qorunub saxlanılması, onların çoxaldılması və yenidən təbiətə buraxılmasıdır.

Belə ki, Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan nəcib maral və ceyranların, eləcə də Dağıstan turu və Hindistan tirəndazının Zooloji Parkın ərazisində sayı artırılaraq yenidən təbii areallarına qaytarılıb.
 

Son xəbərlər