Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |     13:31 Necə varlanmaq olar? Pulu banka qoyaq, qızıl alaq, yoxsa istiqraz?  |     13:20 Bakıda yeni park salınır - Foto  |     13:03 Azərbaycan neftinin qiyməti 127 dolları ötdü  |     13:02 "Ceyhun Sabunçu"nu qətlə yetirməkdə ittiham olunan şəxslər başqa cinayət də törədiblərmiş  |     12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub

31.12.2025 15:22 624
Leyla Əliyevanın təşəbbüsü ilə Bakı Zooloji Parkında uşaqlar üçün bayram tədbiri təşkil olunub
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə aztəminatlı ailələrdən olan uşaqlar üçün Bakı Zooloji Parkında bayram tədbiri təşkil olunub.
 
Tədbir çərçivəsində Abşeron, Nizami və Qaradağ rayonlarında yaşayan aztəminatlı ailələrdən olan uşaqlar üçün xüsusi bayram proqram hazırlanıb. Hər rayondan 50 nəfər olmaqla ümumilikdə 150 uşaq tədbirdə iştirak edib.
 
Zooloji Parkın azyaşlı ziyarətçiləri gəzinti zamanı buradakı müxtəlif heyvan növləri ilə yaxından tanış olublar. Zooloji Parkın bələdçiləri uşaqlara heyvanların həyat tərzi, yaşayış mühiti və bəslənməsi barədə ətraflı məlumat veriblər.
 
Eyni zamanda bəzi heyvan və quş növlərinin təbiətə buraxılması, onların təbii mühitə uyğunlaşdırılması prosesi barədə uşaqlara yaş səviyyələrinə uyğun şəkildə məlumatlar təqdim edilib.
 
Xüsusi vurğulanıb ki, Bakı Zooloji Parkı yalnız heyvanların saxlanıldığı məkan deyil, həm də fauna müxtəlifliyinin qorunması, xüsusilə ölkəmizdə nəsli kəsilmək təhlükəsi altında olan heyvan və quş növlərinin artırılması və yenidən vəhşi təbiətə qaytarılması istiqamətində mühüm fəaliyyət həyata keçirən mərkəzdir. Maarifləndirici gəzinti uşaqlarda böyük maraq doğurub, onların təbiətə və heyvanlara münasibətinin formalaşmasına, ekoloji düşüncənin aşılanmasına xidmət edib. Sonda uşaqlar üçün əyləncə və nahar proqramı təşkil olunub.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə həm ölkəmizin müxtəlif regionlarında, həm də dünyanın bir sıra ölkələrində humanitar, təhsil, səhiyyə, sosial, ekoloji və digər sahələri əhatə edən genişmiqyaslı layihələr mütəmadi olaraq həyata keçirilir. Xüsusilə bayram günlərində uşaq evlərində, internat müəssisələrində, eləcə də müalicə və qayğıya ehtiyacı olan uşaqlar üçün bayram tədbirlərinin təşkili bu təşəbbüslərin əsas istiqamətlərindən biridir. Himayədən məhrum olmuş, qayğıya daha çox ehtiyac duyan uşaqların sevindirilməsi, onların bayram ab-havasını hiss etmələri məqsədilə bu cür tədbirlər mütəmadi olaraq təşkil olunur.

Son xəbərlər