Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi  |     17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA  |     17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi  |     17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək?  |     17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü  |     17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb  |     17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi  |     16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu  |     16:45 Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi  |     16:27 Bakıda idmançı məşq zamanı öldü  |     16:19 İlham Əliyev Bakıda finalçıları mükafatlandıracaq, Bayramov Azərbaycanı TDT sammitində təmsil edəcək  |     15:07 Rusiya ordusu Dneprdə elektrik qatarına zərbə endirdi - Ölənlər var  |     15:06 İspaniyada qatar faciəsində itkin düşən 60-dan çox insan tapılmır  |     14:55 Azərbaycana biri 757 manat olan 30 həşərat gətirilib  |     14:31 Milli Məclisin deputatları Atatürkün Bakıdakı abidəsini ziyarət ediblər - Foto  |     14:23 Azərbaycanın üç güləşçisi dünya çempionatında məğlub olub  |     13:53 Jurnalistləri döyən yeniyetmələri bu qədər həbs cəzası gözləyir – AÇIQLAMA  |     13:29 Ceyhun Bayramov Türkiyəyə səfər edib  |     13:24 Son hadisələrdən sonra məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır – AÇIQLAMA  |     13:14 Bəzi sahələrə ƏDV tətbiq olunmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Vətəndaşlara 122 milyon manat geri qaytarılıb

05.06.2026 19:30 408
Vətəndaşlara 122 milyon manat geri qaytarılıb
2026-cı ilin yanvar-may ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 122 milyon 161,4 min manat məbləğində vəsait geri qaytarılıb.

Maliyyə Nazirliyindən bildirilib ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

Son xəbərlər