Əvvəlki soyadla müəllif hüququ almaq mümkündürmü?
Azərbaycanda bir çox yazıçı və ssenarist uzun illər ictimaiyyətə müəyyən ad və soyadla tanınır. Xüsusilə evlilikdən sonra soyadı dəyişən müəlliflərin müəllif hüquqları qeydiyyatı zamanı hansı soyaddan istifadə etməsi məsələsi zaman-zaman müzakirə doğurur. Əsərləri illərlə qızlıq soyadı ilə çap olunan müəlliflərin Əqli Mülkiyyət Agentliyində müəllif hüququ qeydiyyatı zamanı əvvəlki soyadını istifadə edib-edə bilməyəcəyi hüquqi baxımdan maraq doğuran məsələlərdən biridir. Ekspertlər bildirirlər ki, burada həm hüquqi identifikasiya, həm də müəllifin yaradıcılıq imzası anlayışı nəzərə alınmalıdır.
Yazıçı və ya ssenarist müəllif hüquqları qeydiyyatı zamanı rəsmi soyadından fərqli olaraq əvvəlki soyadını istifadə edə bilərmi?
Əgər müəllif uzun illər mətbuatda və ictimaiyyətdə qızlıq soyadı ilə tanınıbsa, bu hüquqi baxımdan nəzərə alınırmı?
Müəllif hüququ sənədində yaradıcı təxəllüs və ya əvvəlki soyad qeyd edilə bilərmi?
Əqli Mülkiyyət Agentliyi bu hallarda hansı proseduru tətbiq edir?
Belə hallarda əlavə arayış və ya sübut tələb olunurmu?
Bu məsələdə qadın müəlliflər daha çox hansı problemlərlə qarşılaşır?
Yazıçılara və ssenaristlərə belə hallarda hansı hüquqi addımları tövsiyə edərdiniz?
Mövzu ilə bağlı Median.Az-a açıqlama verən “Müəllif Hüquqları Uğrunda” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Zamiq Yunisov bildirib ki, Azərbaycanda müəllif hüquqları sahəsində müəllifin şəxsiyyətinin düzgün identifikasiyası əsas hüquqi tələblərdən biridir.

Z. Yunisovun sözlərinə görə, eyni zamanda müəllifin yaradıcılıq fəaliyyəti zamanı istifadə etdiyi imza, təxəllüs və ya ictimaiyyət arasında tanındığı soyad da nəzərə alınır. Bu baxımdan, uzun illər qızlıq soyadı ilə tanınmış yazıçı və ssenaristlərin müəllif hüquqları qeydiyyatı zamanı həmin soyaddan istifadə etməsi mümkündür, lakin müəyyən hüquqi prosedurlar çərçivəsində həyata keçirilir.
Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununa əsasən müəllif əsəri öz adı, şərti adı (təxəllüs) və ya anonim şəkildə dərc etdirmək və istifadə etmək hüququna malikdir.
Mütəxəssis qeyd edib ki, qanunun müəllifin şəxsi qeyri-əmlak hüquqları ilə bağlı müddəalarına görə müəllif öz adının göstərilməsi formasını müəyyən etmək hüququnu saxlayır. Bu səbəbdən müəllifin illərlə istifadə etdiyi qızlıq soyadı və ya yaradıcılıq imzası hüquqi baxımdan tamamilə istisna edilmir.
Əgər müəllif uzun illər mətbuatda, kitablarda, filmlərdə və ictimai fəaliyyətində əvvəlki soyadı ilə tanınıbsa, bu hal praktikada nəzərə alınır. Xüsusilə ədəbi və audiovizual sahədə müəllifin tanınmış yaradıcılıq adı onun identifikasiyasının bir hissəsi hesab olunur.
"Belə hallarda müəllif hüququ sənədində həm rəsmi soyad, həm də yaradıcı təxəllüs və ya əvvəlki soyad qeyd edilə bilər.
Praktikada Əqli Mülkiyyət Agentliyi müəllif hüquqlarının qeydiyyatı zamanı əsas identifikasiya sənədi kimi şəxsiyyət vəsiqəsində olan cari rəsmi soyadı əsas götürür. Lakin müəllifin əvvəlki soyadı ilə tanınmasını təsdiqləyən materiallar təqdim olunduqda həmin soyad əlavə qeyd, müəllif imzası və ya təxəllüs kimi qeydiyyata daxil edilə bilər, — deyə Zamiq Yunisov əlavə edib.
Yunisov daha ətraflı açıqlama verərək deyib:
"Bu zaman adətən aşağıdakı sənədlər tələb oluna bilər:
nikah haqqında şəhadətnamə və ya soyad dəyişikliyini təsdiq edən sənəd;
əvvəlki soyadla nəşr olunmuş kitablar, qəzet materialları, ssenarilər və digər əsərlər;
ictimai tanınmanı sübut edən müqavilələr, afişalar, titrlər və arxiv materialları;
bəzi hallarda müəllif tərəfindən izahat ərizəsi.
Bu prosedur müəllifin hüquqlarının gələcəkdə mübahisələndirilməsinin qarşısını almaq üçün tətbiq edilir. Çünki müəllif hüququnun qorunması zamanı müəllifin kimliyinin dəqiq müəyyən olunması vacib hüquqi şərtdir.
Təcrübədə qadın müəlliflər daha çox aşağıdakı problemlərlə qarşılaşırlar:
əvvəlki soyadla tanınmasına baxmayaraq yeni soyadla hüquqi sənədlərin uyğunsuzluğu;
köhnə nəşrlərlə yeni qeydiyyat məlumatları arasında fərqlər;
beynəlxalq müqavilələrdə və ekran titrlərində fərqli soyadların göstərilməsi;
müəlliflik iddiaları zamanı identifikasiya çətinlikləri.
Bu səbəbdən hüquqşünaslar və müəllif hüquqları üzrə ekspertlər yazıçı və ssenaristlərə tövsiyə edirlər ki:
yaradıcılıq fəaliyyəti zamanı istifadə etdikləri imzanı rəsmi şəkildə sabitləşdirsinlər;
müəllif hüququ qeydiyyatı zamanı həm cari rəsmi soyadı, həm də ictimaiyyətə tanınmış əvvəlki soyadı qeyd etdirsinlər;
təxəllüs və yaradıcılıq adından istifadə olunursa, bunu müqavilələrdə ayrıca göstərsinlər;
köhnə və yeni soyad arasında hüquqi əlaqəni təsdiq edən sənədləri arxivləşdirsinlər.
Hüquqi baxımdan müəllifin yaradıcılıq adı onun müəlliflik hüququnun mühüm elementi hesab olunur və Azərbaycan qanunvericiliyi müəllifin öz adı ilə yanaşı təxəllüs və yaradıcı imzadan istifadə hüququnu da qoruyur. Bu səbəbdən uzun illər əvvəlki soyadla tanınmış müəlliflərin həmin adla müəllif hüquqlarını qeydiyyata təqdim etməsi mümkündür, lakin bu zaman rəsmi identifikasiya və sübutedici sənədlər düzgün şəkildə təqdim edilməlidir".
Dəniz Pənahova
Median.Az