Mojo.az Banner
11:39 Avtomobil ehtiyat hissələri bahalaşıb - Video  |     11:34 Bakıda dondurulmuş toyuq ətinə tələbat artıb - VİDEO  |     11:25 Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTO  |     11:22 Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib - FOTO  |     11:19 Dünyanın ən güclü 10 pasportu - SİYAHI  |     00:04 Leyla Əliyeva Yevlaxdan paylaşım etdi - FOTO  |     22:25 Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar  |     21:00 Təyyarələrdə niyə həmişə soyuq olur? – Stüardessa səbəbini açıqladı  |     20:53 "GO" içdi, marşrutda sərnişinin pul kisəsini oğurladı  |     20:48 Finlandiya ev telefonları ilə vidalaşdı: Azərbaycan da bu təcrübədən istifadə edə bilərmi?  |     20:40 Son altı ayda ölkədə nə qədər zəlzələ baş verib? - Rayonlar açıqlandı  |     20:35 Bakının bu ərazilərində evlər 35 faiz bahalaşacaq - Qiymətlər açıqlandı  |     20:29 Mədədə bir neçə gün qala bilirlər: Ən gec həzm olunan qidalar (SİYAHI)  |     20:27 İnsanlar niyə çox pulları olsa belə, ikinci əl əşyalar alırlar? - Psixoloqların cavabı  |     20:22 Dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb  |     20:14 825 nəfərin Azərbaycandan çıxışına qadağa qoyulub  |     20:09 Valideyn-dövlət-özəl əməkdaşlığı modeli dövlət hesabına maliyyələşəcək  |     20:01 Kiyev bu ölkədən 2 milyardlıq qırıcı təyyarə alır  |     19:56 Siqaret qaçaqmalçılığında ittiham olunan dəstə üzvləri hakim qarşısında  |     19:50 Sabah 35 dərəcə isti olacaq  |    
Left Banner
Right Banner

35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib - YENİLƏNİB

11.05.2019 13:29 3 142
35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib - YENİLƏNİB
Nazirlər Kabineti "Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin siyahısı"nı təsdiqləyib.

Əsərləri dövlət varidatı elan edilən müəlliflər aşağıdakılardır:

- Qətran Təbrizi;

- Məhsəti Gəncəvi;

- Əfzələddin Xaqani;

- Nizami Gəncəvi;

- Qazi Bürhanəddin;

- İmadəddin Nəsimi;

- Aşıq Qurbani;

- Şah İsmayıl Xətai;

- Məhəmməd Füzuli;

- Aşıq Abbas Tufarqanlı;

- Molla Pənah Vaqif;

- Molla Vəli Vidadi;

- Qasım bəy Zakir;

- Mirzə Fətəli Axundzadə;

- Həsən bəy Zərdabi;

- Seyid Əzim Şirvani;

- Xurşidbanu Natəvan;

- Mirzə Ələkbər Sabir;

- Nəcəf bəy Vəzirov;

- Aşıq Ələsgər;

- Cəlil Məmmədquluzadə;

- Əbdürrəhim bəy Haqverdiyev;

- Cəfər Cabbarlı;

- Əhməd Cavad;

- Mikayıl Müşfiq;

- Əhməd bəy Ağayev;

- Əli bəy Hüseynzadə;

- Nəriman Nərimanov;

- Məmməd Səid Ordubadi;

- Hüseyn Cavid;

- Əzim Əzimzadə;

- Yusif Vəzir Çəmənzəminli;

- Üzeyir Hacıbəyov;

- Səməd Vurğun;

- Əliağa Vahid.

Dövlət varidatı elan edilən filmlər aşağdakılardır:

- “Sevil ” (1929-cu ildə çəkilmişdir);

- “Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;

- “İsmət”(1934-cü ildə çəkilmişdir);

- “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;

- “Almaz”(1936-cı ildə çəkilmişdir) ;

- “Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;

- “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;

- “Səbuhi”(1941-ci ildə çəkilmişdir)

- “Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;

- “Arşın mal alan” (1945-ci ildə çəkilmişdir) ;

- “Görüş” (1955-ci ildə çəkilmişdir).

* * * * *

Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.


Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” təsdiq edilib.

Qərarla “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiqlənib. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli qərarı ilə təsdiq edilmiş

Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb.скачать dle 11.3
Mojo.az Banner