Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

Agentlik: "Qarabağ" mahnısını erməni ifaçının mənimsəməsi ilə bağlı arayış hazırlanır

09.07.2024 12:12 1 527
Agentlik:
Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" ("Anadır arzulara hər zaman Qarabağ") adlı musiqi əsərinin erməni ifaçı Gor Yepremyan tərəfindən "Sirun jan" adı altında mənimsənilərək ifa edilməsi və "YouTube"da yayılması araşdırılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin ekspertləri Xalq artistləri, bəstəkarlar Faiq Sücəddinov və Eldar Mansurov növbəti erməni oğurluğuna dərhal reaksiya veriblər:

"Onların təhlilinə əsasən, müəyyən edilib ki, B.Nəsibovun "Qarabağ" əsəri muğamın çahargah ladında yazılıb və erməni ifaçının səsləndirdiyi "Sirun jan" adlı mahnı B.Nəsibovun "Qarabağ" əsəri ilə tam üst-üstə düşür. Ermənilər isə mahnını özgəninkiləşdirməyə çalışırlar. Ekspertlər bir daha təsdiq edirlər ki, B.Nəsibovun "Qarabağ" əsərinin adı ermənilər tərəfindən "Sirun jan" adı ilə dəyişdirilərək təhrif edilib. Bildiririk ki, "Qarabağ" əsəri Bəhram Nəsibovun mətn və musiqi müəllifi olduğu və ilk dəfə Arif Babayev tərəfindən 1972-ci ildə ifa edilmiş mahnıdır. "Qarabağ" adlı mahnı Azərbaycan bəstəkarı Bəhram Nəsibovun ən məşhur mahnılarından biridir. Musiqisi və sözləri Bəhram Nəsibova aid olan "Qarabağ" mahnısı 1972-ci ilin 2 iyun tarixində Əqli Mülkiyyət Agentliyində (agentlik həmin vaxt Ümumittifaq Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikası Şöbəsi adlanırdı) qeydiyyata (uçota) alınıb və Azərbaycan musiqisi kimi tanınır".

Qeyd olunub ki, bununla yanaşı, Bəhram Nəsibovun vərəsələri bəstəkarın bir çox mahnılarını, o cümlədən "Qarabağ" mahnısını 2004-cü il 21 iyul tarixində Əqli Mülkiyyət Agentliyində (agentlik həmin vaxt Müəllif Hüquqları Agentliyi adlanırdı) qeydiyyatdan keçiriblər və onlara əsərin qeydiyyatı haqqında 662 nömrəli şəhadətnamə verilib:

"Qarabağ" adlı mahnı 2009-ci ildə TRT-nin təşəbbüsü ilə "Türk Dünyasında Savaşların Müzikteki İzleri" adlı alboma daxil edilib. Albomdakı mahnını Ali Haydar Gül ifa edib. Bütün arxiv sənədləri "Qarabağ" mahnısının Azərbaycan müəlliflinə məxsus olduğunu göstərir. Aygün Bəylər, Aygün Kazımova, Könül Xasıyeva, Brilliant Dadaşova , Mənsum İbrahimov və s. məşhur ifaçılar televiziya və radiolarda, xarici ölkələrdə qastrol səfərlərində olarkən bu mahnını dəfələrlə ifa ediblər".

Məlumatda qeyd edilib ki, erməniəsilli ifaçı Gor Yepremyan isə Azərbaycan bəstəkarı Bəhram Nəsibovun "Qarabağ" mahnısını mənimsəyərək onun sözlərini dəyişib və "Sirun jan" adı ilə oxuyub:

"YouTube" kanalında yerləşdirilmiş "Sirun jan" adlı musiqi əsəri haqqında verilən məlumatda Bəhram Nəsibovun adı göstərilməməklə müəllifin şəxsi hüquqları, "YouTube" kanalında kommersiya məqsədilə yerləşdirilməsi nöqteyi nəzərdən isə Bəhram Nəsibovun əmlak hüquqları pozulub. Bu hal, eyni zamanda, milli qanunvericiliyin müddəaları ilə yanaşı, həm də Azərbaycan və Ermənistanın üzvü olduğu Ümumdünya Əqli Mülkiyyət Təşkilatını (ÜƏMT) təsis edən Konvensiyanın 3-cü maddəsinin tələbinin pozulmasıdır. Belə ki, bu təşkilatın məqsədi "dövlətlərlə və istənilən digər təşkilatla əməkdaşlıq yolu ilə bütün dünyada əqli mülkiyyətin qorunmasına yardım etməkdən ibarətdir". Həmçinin Azərbaycan və Ermənistanın iştirakçısı olduqları "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern konvensiyasının, ÜƏMT-nin Müəlliflik Hüququna dair Müqaviləsinin və İfalar və Fonoqramlara dair Müqaviləsinin müddəalarının pozulmasıdır. Qeyd edilən fakt uzun illərdən bəri davam edən erməni ədəbi və musiqi oğurluğunun növbəti bir nümunəsidir".

"Əqli Mülkiyyət Agentliyi tərəfindən mütəmadi olaraq Azərbaycan xalqına məxsus olan müəllif əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin uzun illərdən bəri ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması hallarına qarşı mübarizə aparılır, hər bir fakt üzrə araşdırmalar aparılaraq tarixi əsaslara söykənən və həmin əsərlərin Azərbaycan xalqına məxsus olmasını danılmaz faktlarla sübut edən arayışlar hazırlanır, kütləvi informasiya vasitələrində yayılır", - deyə məlumatda qeyd edilib.

Son xəbərlər