Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırdı

26.05.2026 20:03 330
Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırdı
Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu tərəfindən bu ilin aprel–may aylarında Azərbaycanda, xüsusilə dağlıq və dağətəyi rayonlarda intensiv yağıntılar, torpaq qatının həddindən artıq nəmlənməsi, çay vadilərində eroziya proseslərinin güclənməsi və geoloji dayanıqsızlıq səbəbindən bir sıra sürüşmə hadisələri qeydə alınıb. Bu proseslər xüsusilə Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın şimal-şərq hissəsi, Talış dağ sistemi və Abşeron yarımadasının bəzi sahələrində daha qabarıq müşahidə olunub.

Bu barədə institutdan məlumat verilib. Qeyd olunub ki, hadisələr yaşayış məntəqələri, kənd təsərrüfatı torpaqları, avtomobil yolları, kommunikasiya xətləri və sosial infrastruktur üçün ciddi təhlükə yaradıb. Mütəxəssislər bildirirlər ki, mövcud məlumatlara əsasən, 2026-cı ilin yaz mövsümü son illərin ən yüksək geomorfoloji risk dövrlərindən biri kimi xarakterizə oluna bilər.

Tədqiqatçılar vurğulayırlar ki, Azərbaycan ərazisində sürüşmələrin intensivləşməsi ilk növbədə meteoroloji amillərlə bağlıdır. Mart, aprel və may aylarında normadan artıq yağıntılar torpaq qatında su ilə doyma səviyyəsini yüksəldib, yamac süxurlarının sürtünmə müqavimətini zəiflədib və kütləvi yerdəyişmə proseslərini sürətləndirib. Dağlıq rayonlarda qar örtüyünün sürətlə əriməsi də bu prosesi gücləndirib. Xüsusilə gil və lyoss tipli süxurların üstünlük təşkil etdiyi ərazilərdə torpaq sürüşmələri daha intensiv qeydə alınıb.

Bununla yanaşı, mütəxəssislərin fikrincə, bəzi ərazilərdə antropogen təsirlər, o cümlədən yamaclarda plansız tikinti, meşə örtüyünün zəifləməsi, yol tikintisi zamanı geoloji balansın pozulması və drenaj sistemlərinin yetərsizliyi sürüşmə riskini artıran əsas amillər sırasındadır.скачать dle 11.3
Mojo.az Banner