Mojo.az Banner
13:10 Bakıda əməliyyat: 70 yaşlı qadın saxlanıldı  |     12:58 Pensiyalar nə vaxt ödəniləcək?  |     12:47 Bakıda restoranda mühafizəçinin meyiti tapıldı  |     12:46 Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş: Adları bilindi  |     12:45 Tıxaca düşən deputat iclasa gecikdi: "Üzr istəməlidirlər"  |     12:43 Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi: Təfərrüat məlum oldu - Foto (Yenilənib)  |     12:41 Rumıniyada sabiq prezidentliyə namizəd həbs olundu  |     12:38 Ramiz Mehdiyevin məhkəməsi oldu - VİDEO (YENİLƏNİB)  |     12:35 Qisas almaq üçün 68 yaşlı kişini öldürüb su quyusuna atdı - Təfərrüat  |     12:17 Market işçiləri arasında dava: Bıçaqlanan var  |     12:11 Türkiyə səhəri güclü zəlzələ ilə açdı  |     12:05 Sabirabadda bir ailə qəzaya düşdü  |     12:03 Xüsusilə külli miqdarda marixuananı Azərbaycandan keçirmək istədilər - Video  |     12:01 Qadın hindistanlı turisti Bakıda hoteldə qarət etdi - Təfərrüat  |     11:59 Paytaxtda 10 otaqlı evdə yanğın olub - Video  |     11:58 Dişləri neçə dəqiqə fırçalamaq lazımdır? - Həkimdən məsləhət  |     11:56 Sumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü - Video  |     11:54 Bakıda elektrik maşınları artır, rayonlarda isə alan yoxdur – Əsas səbəblər  |     11:51 3 günlük nağd pul ehtiyatı: Elektrik getsə, pulumuz da “yox” olacaq?  |     11:33 Tələbələri təhdid edən şəxslə bağlı şok iddia: Yenidən universitetə bərpa olunacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər

23.01.2026 14:59 579
Azərbaycanda sürüşmə zonaları aktivləşə bilər
Hazırda Azərbaycanda müşahidə olunan qar sürüşmə risklərini müvəqqəti olaraq azaldıb. Qar yağışı zamanı süxurlara su sızması zəif olduğu üçün qış aylarında sürüşmə zonalarında nisbi sakitlik müşahidə edilir.

Median.Az
xəbər verir ki, bunu "Trend"ə açıqlamasında Həsən Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov bildirib.

Onun sözlərinə görə, qar əridikdən sonra və ya intensiv yağışlar yağarsa, vəziyyət dəyişə bilər:

"Atmosfer çöküntülərinin artması süxurların su ilə doymasına səbəb olur ki, bu da laylar arasında əlaqələrin zəifləməsinə və torpaq sürüşmələrinin fəallaşmasına gətirib çıxara bilər. Belə hallarda yol çökmələri və ətraf ərazilər üçün təhlükəli vəziyyətlər yarana bilər.

Xüsusilə Böyük Qafqazın Şimal-Şərq yamacları, eləcə də Quba, Qusar, Siyəzən, Qobustan, Şamaxı və İsmayıllı rayonları sürüşmə baxımından ən riskli ərazilər hesab olunur. Qarın tədricən əriməsi ilə bu zonalarda sürüşmə ehtimalı arta bilər".

Mirnuh İsmayılov qeyd edib ki, hazırda ölkənin alçaq dağlıq ərazilərindən yüksək dağlıq zonalara qədər geniş ərazilərin qarla örtülməsi səbəbindən ciddi sürüşmə təhlükəsi qeydə alınmır.скачать dle 11.3
Mojo.az Banner