Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda yeni sürüşmə sahələri yaranıb

08.01.2025 13:15 1 200
Azərbaycanda yeni sürüşmə sahələri yaranıb
Ölkə ərazisində sürüşmə sahələrində aktivlik var, proses nəzarət altındadır və ciddi monitorinqlər aparılır.

Median.Az
xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev deyib.

O bildirib ki, son dövrlər ölkə ərazisində mövsümi xarakterli intensiv atmosfer çöküntülərinin düşməsi ilə əlaqədar bəzi sürüşmə sahələrində aktivlik müşahidə edilir:

"Mövcud sürüşmə sahələrinin monitorinqi davam etdirilir. Əsas aktiv sürüşmə sahələri cənub bölgəsində, Abşeron yarımadasında, Şamaxı-İsmayıllı, qismən də Qəbələ-Ağdaş zonasındadır".

Əli Əliyevin sözlərinə görə, Bakıda lokal sürüşmə sahələrində aktivlik müşahidə edilsə də, ümumi vəziyyət nisbi stabildir:

"Belə ki, Abşeron yarımadasındakı sürüşmə sahələrində, o cümlədən Nübar massivi və Masazır "Zəli gölü" sahəsində də nisbi aktivlik qeydə alınıb.

Suraxanı rayonu Zığ-1 sürüşmə sahəsində 39 və 41 saylı binaların yerləşdiyi ərazinin istinad divarlarında zəif yerdəyişmə müşahidə edilib. Eyni zamanda, Zığ-1-də 3B, 3Q, 3D, 3E binalarında zəif aktivlik müşahidə edilir.

Qədim sürüşmə sahəsi hesab edilən Zığda isə son zamanlar qəbiristanlığa yaxın ərazilərdə səthdə zəif dinamik dəyişiklik müşahidə edilməkdədir.

Bundan başqa son zamanlar atmosfer çöküntülərinin intensiv düşməsi "Badu-Kübə" MTK-nın ərazisində və Gəncə prospekti 97-də hiss ediləcək aktivlik yaradır".

Əli Əliyev onu da qeyd edib ki, bu sahələrdə artıq müvafiq qurumlar tərəfindən prosesin inkişafının qarşısının alınması üçün layihələr hazırlanmaqdadır.

Agentlik sədri vurğulayıb ki, Lerik rayonu Hamarat, Pirzəküçə və Vənədi kəndlərində aktiv lokal sürüşmə sahələri qeydə alınıb.

"Bundan əlavə Astara rayonu ərazisində Siyaku, Şuvi, Asxanakəran, Çuvaş və Sipiyəpart kəndləri ərazisində də lokal aktivlik sahələri qeydə alınıb. Buna səbəb kimi həm ərazilərin klassik sürüşmə sahələri olması, eyni zamanda, təbii amillər - atmosfer çöküntü kütlələrinin həcminin artması hesab edilir.

Lənkəranda da lokal sürüşmə sahələrinə rast gəlinir, amma son zamanlar burada yalnız Lənkəran-Xanbulan yolunun sağ çiynində bir neçə lokal sahə qeydə alınıb. Digər sürüşmə sahələrində isə stabil vəziyyət müşahidə edilir".

2023-cü ilin son dekadasında atmosfer çöküntülərinin və texnogen amillərin təsirindən Taxtakörpü su anbarının ərazisində formalaşmış sürüşmə sahəsi son vəziyyətlə bağlı danışan Agentlik sədri bildirib ki, bu sürüşmə sahəsində eni 65-70, uzunluğu 85-90 metr olan qırılma baş verib və sürüşmənin qarşının alınması məqsədilə müvafiq qurumlar tərəfindən tədbirlər planı hazırlanmaqdadır.

"Son zamanlar daha ciddi monitorinqlər apardığımız Quba rayonu ərazisində Küpçalqışlaq kəndi Qudyalçayın sol sahilində böyük sürüşmə kütləsi qeydə alınıb. Sol sahildən çay dərəsi istiqamətində irəliləyən sürüşmə yolu yararsız vəziyyətə salıb və sürüşmənin tikililərə doğru irəliləmək ehtimalı var. Proses hazırda aktiv vəziyyətdədir və mütəxəssislərimizin nəzarətindədir", - Əli Əliyev əlavə edib.

Son xəbərlər