Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:31 Milyarder İbrahim Süleymanova Rusiyada yekun ittiham irəli sürüldü  |     12:28 Universitetlər əmək bazarının tələblərinə cavab verə bilmir – Açıqlama  |     12:17 Göygöldə qanlı dava: 36 yaşlı kişi bıçaqlandı  |     12:08 Nisyə pivə içən qəssab dostunu bıçaqladı - İmişlidəki cinayətin təfərrüatı  |     12:00 İlham Əliyev: "Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir"  |     11:59 Dubayda qızıldan piyada yolu salınacaq  |     11:57 Bakının ucuz mənzillər satılan əraziləri açıqlandı - Video  |     11:55 Prezident: "İkinci Qarabağ müharibəsi zamanı bütün etnik qrupların və dinlərin nümayəndələri bir dəmir yumruq kimi birləşdilər"  |     11:53 Bakıda böyük söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək? - Video  |     11:34 İlham Əliyev: "Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub"  |     11:29 Prezident: "Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini verib"  |     11:26 Deputat: “İran nazirinin bəyanatı Azərbaycanın daxili işlərinə müdaxilədir”  |     11:17 Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR  |     23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu rayonlarda yeni sürüşmə sahələri yaranıb – Rəsmi

03.07.2018 16:36 1 805
Bu rayonlarda yeni sürüşmə sahələri yaranıb – Rəsmi
“Atmosfer yağıntılarının təsirindən İsmayıllının Müdrisə kəndində və Lahıc-Müdrisə avtomobil yolunun bir neçə yerində sürüşmə və uçqun töküntü prosesləri müşahidə olunub. Ay ərzində düşən atmosfer yağıntılarının təsirindən Lahıc qəsəbəsinin şimal-şərq hissəsində eni 120-140 metr, uzunluğu 280-300 metr olan sürüşmə sahəsi əmələ gəlib”.

Bunu Apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

İyun ayında atmosfer yağıntılarının təsirindən İsmayıllının Qoydan kəndi ərazisində eni 40-80 m, uzunluğu 150-170 m olan sürüşmə sahəsinin yarandığını bildirən ekspedisiya rəisinin sözlərinə görə, Siyəzəndə Sədan sürüşmə sahəsi də aktivləşib, sürüşmə sahəsinə yaxın ərazilərdə yeni lokal sürüşmə sahələri yaranıb: “Bundan başqa, Xızı-Altıağac avtomobil yolunun 1-ci kilometrliyi sürüşmə sahəsi də aktivləşib, avtomobil yolunun sol və sağ çiynində çökmə-oturma prosesləri qeydə alınıb. Xızı-Altıağac avtomobil yolunun 11-15-ci kilometrliyi sürüşmə sahəsinin dinamikasında aktivlik müşahidə olunub, yolun hərəkət hissəsində müxtəlif istiqamətli çatlar əmələ gəlib. Şamaxı şəhəri, 48-A məhəlləsi sürüşmə sahəsinin parametrlərində nisbi artım baş verib. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində avtomobil yolunun sol və sağ yamac hissəsində mövcud sürüşmə sahəsinin ölçüləri də artıb. Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı kilometrliyində sürüşmə aktivləşib, lokal sahələrdə uçqun prosesləri qeydə alınıb”.

Son xəbərlər