Mojo.az Banner
23:01 Ermənistan Rusiyadan rəsmi şikayət edib  |     22:55 Balaxanıda baş vermiş yanğın söndürüldü  |     22:47 “İnstagram”da yeni trend  |     22:42 Yeni tədris ilində bəzi dərsliklər dəyişəcək - SİYAHI  |     22:35 Səhər yorğun oyanırsınızsa, səbəbi bu ola bilər  |     22:30 Zəlimxan Yusupov həbs edildi  |     22:22 10 ilə yaxın ekologiya sistemi qurdu - Bakıda kafedə noutbuku oğurlandı  |     22:16 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi  |     22:10 Avtobuslarda sərnişinlərin telefonlarını oğurlayırdı - 5 il 3 ay həbs  |     22:02 8 ayda Azərbaycan büdcəsinə nə qədər pul yığılıb?  |     21:57 Azərbaycan Gürcüstana 22 mindən çox dərslik göndərdi  |     21:50 Lionel Messi 17-ci dəfə "Qızıl top"a namizəd oldu  |     21:39 Leyla Əhmədova ev dustaqlığına buraxıldı  |     21:28 Çimərliyə getmək istəyənlərin nəzərinə  |     21:20 Şəkidə məşhur əyləncə mərkəzindəki faciə ilə bağlı YENİ DETALLAR - FOTO / VİDEO (Yenilənib)  |     21:13 Moskvada qəza törətmiş azərbaycanlı reper təzminat ödədi  |     21:05 Yağışdan sonra bu qoxunu niyə sevirik?  |     20:58 Üç plastik cərrah cəzalandırıldı - 22 klinika cərimələndi  |     20:52 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü  |     20:47 Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq  |    
Left Banner
Right Banner

Lombarda ödənişləri etsə də, qızılını geri ala bilmir - VİDEO

22.05.2026 20:50 297
Lombarda ödənişləri etsə də, qızılını geri ala bilmir - VİDEO
Qızıl girov qoyaraq kredit götürüb və ödənişlərini vaxtında tamamlasa da, artıq 2 ildir nə qızılını geri ala bilir, nə də qızılının pulunu.

Bərdə rayonu Qaradağlı kəndində yaşayan Vidadi Nəcəfquliyev Xəzər Tv-yə bildirib ki, torpaq alıb ev tikdirmək üçün ailəsinin qızıllarını lombarda qoyaraq kredit götürüb.O, aylıq ödənişlərini tam ödədiyini desə də, artıq iki ildir qızıllarını geri ala bilmədiyini iddia edir.

Şikayətçinin sözlərinə görə, kredit təşkilatının nümayəndəsi Büllurə Əlizadə ilə dəfələrlə əlaqə saxlamağa çalışsalar da, müxtəlif bəhanələrlə qarşılaşıblar. Ailə iddia edir ki, telefon zənglərinə cavab verilməsə də, WhatsApp vasitəsilə göndərilən mesajlarda qızılların tezliklə qaytarılacağı bildirilib.

Vidadi Nəcəfquliyevin oğlu Baloğlan Nəcəfquluzadənin sözlərinə görə, lombarda məsul heç bir şəxslə əlaqə saxlaya bilmirlər.

Hazırda qızılların girov qoyulduğu lombardın fəaliyyətini dayandırdığı bildirilir. Şikayətdə adı çəkilən şəxslərlə isə əlaqə saxlamaq mümkün olmadı. Zərərçəkənlər məsələ ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini deyirlər.
скачать dle 11.3
Mojo.az Banner