Mojo.az Banner
17:22 Rumıniyalı futbolçu "Neftçi"yə keçidini açıqladı: "Son qərarı mən verəcəyəm"  |     17:06 Şindan qalasında yeni izlər müəyyən edilib  |     17:00 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb  |     16:58 Binəqədidə baş verən yanğın məhdudlaşdırılıb  |     16:52 AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar  |     16:46 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ  |     16:28 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarətə götürüb  |     16:24 "Qarabağ" onları avroliqadan kənarlaşdıran futbolçunu transfer etmək istəyir  |     15:59 Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirildi: Qardaşı tutuldu  |     15:50 Vəkil Elşad Məmmədov saxlanıldı - FOTO  |     15:21 Azərbaycanın dövlət borcu nə qədər olub?  |     14:51 Yeri qəfil maqnit qasırğası bürüdü: Dalğalanma hansı səviyyəyə çatacaq?  |     13:44 Sabah leysan olacaq  |     13:38 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     13:19 Arvadını öldürən şəxs: "Bizim kinomuz bura qədər idi" deyərək ona çox sayda bıçaq zərbəsi endirdim"  |     13:16 Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb - VİDEO  |     13:10 Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR  |     12:46 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:41 Lənkəranda narkotik bitkilər yetişdirən 3 nəfər həbs edildi  |     12:40 Generalın oğlu vəzifəsindən azad edildi  |    
Left Banner
Right Banner

Elza Seyidcahan dələduzluqla bağlı zərərçəkən kimi tanındığı məhkəmədə ifadə verib

29.09.2025 19:52 633
Elza Seyidcahan dələduzluqla bağlı zərərçəkən kimi tanındığı məhkəmədə ifadə verib
Bir neçə nəfərin qızıllarını mənimsəməkdə təqsirləndirilən Fərid Abuzərli və Xəyal Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Belə ki, zərərçəkənlər arasında olan tanınmış müğənni Elza Seyidcahan (Qasımova) bildirib ki, bəzi problemlərinə görə lombarda müraciət edib:

"Məni oraya anam aparıb. Bəzi problemlərimiz var idi. Anamın, özümün, rəfiqəmin qızıllarını həmin lombarda qoyaraq 8 min 500 manat pul götürdük. Sonra pulları ödədik. Rəfiqəmin qızıllarını qaytamalı idim. Onlar mənə dedi ki, qızıllar 1 həftə sonra veriləcək. Beləliklə, 1 həftə, sonra isə 3 ay keçdi. Mən də məcbur qalıb polisə müraciət etdim. Gördüm ki, zərərçəkən ancaq mən deyiləm. Mənə dəymiş ziyan ödənilməyib. Lombardın bütün işçilərindən şikayətçiyəm. Onlar bu işi bilirdilərsə, bizə deməliydilər. Anam da zərərçəkəndir. Növbəti proseslərdə iştirak edəcək".

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyib.

Növbəti proses noyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, cinayət işi üzrə 31 nəfər zərərçəkən qismində tanınıb. Onların arasında tanınmış müğənni Elza Seyidcahan da var. İttiham edilən tərəf girov olaraq götürdüyü qızıl zinət əşyalarını və onların geri verilməsi üçün müştərilərin ödədiyi pul vəsaitini mənimsəməkdə ittiham olunurlar.

Belə ki, "Nizami" metrostansiyasının yaxınlığında Zivərbəy Əhmədbəyov küçəsində yerləşən lombardın əksər müştəriləri borclarını tam ödədikdən sonra qızıllarını geri ala bilməyiblər. Qızıllarını ala bilməyən insanlar Polis Bölməsinə şikayət ediblər.

Çox sayda insan "Lombard Xəyal" olaraq tanınan şəxsin onlara kütləvi ziyan vurduğunu söyləyib. Onlar bildirib ki, lombarda qoyulan qızıllar qanunsuz şəkildə yoxa çıxıb.

Xəyal Abdullayev Cinayət Məcəlləsinin 178.4-cü dələduzluq, xüsusilə külli-miqdarda törədildiksə) 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), Fərid Abuzərli isə 179.3,2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.скачать dle 11.3
Mojo.az Banner