Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

Yağış və tullantı sularının idarə olunması ilə bağlı RƏSMİ AÇIQLAMA

20.05.2026 20:56 351
Yağış və tullantı sularının idarə olunması ilə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əsas hədəfi, başda Bakı şəhəri olmaqla, urbanizasiya olunmuş ərazilərin su təhlükəsizliyini təmin etməkdir.

Bu fikri ADSEA-nın “Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu” publik hüquqi şəxsin Hidroloji tədqiqatlar şöbəsinin müdiri Rəşail İsmayılov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Su ilə ağıllı şəhərlər: Potensialın inkişafı vasitəsilə şəhər davamlılığının gücləndirilməsi” adlı tədbirdə çıxışı zamanı səsləndirib.

O bildirib ki, şəhərlərdə yağış və tullantı sularının idarə olunması bu gün əsas problemlərdən biridir. Şəhərləşmənin sürətlənməsi nəticəsində drenaj sahələri azalır, sərt örtüklü ərazilər genişlənir. Bu isə yağış sularının torpağa hopmasının qarşısını alır və səth axınlarını artıraraq ciddi sel və daşqın riskləri yaradır.

Rəşail İsmayılov qeyd edib ki, urbanizasiya ekosistemə də mənfi təsir göstərir. Şəhərlərin genişlənməsi və bəzi ərazilərdə qeyri-rəsmi yaşayış məntəqələrinin yaranması ətraf mühitin çirklənməsinə səbəb olur ki, bu da şəhər ərazilərində ekoloji vəziyyətə mənfi təsir edir.

Onun sözlərinə görə, Azərbaycanın bu sahədə mühüm nailiyyətlərindən biri su sektorunda həyata keçirilən institusional islahatlardır. “2023-cü ilə qədər ölkədə su sektoru üzrə müxtəlif qurumlar fəaliyyət göstərirdi və bu, idarəetmədə müəyyən çətinliklər yaradırdı. Prezident İlham Əliyevin qərarı ilə yeni dövlət su agentliyi yaradıldı və əsas məqsəd bütün su sektorunu vahid çətir altında birləşdirmək oldu”, – deyə şöbə müdiri bildirib.

O, həmçinin vurğulayıb ki, Bakıda həyata keçirilən göllərin bərpası layihələri də mühüm təcrübələrdən biridir. Hazırda iri göllərin reabilitasiyası üzrə bir neçə böyük layihə icra olunur. Bunlardan biri Böyükşor gölünün bərpası layihəsidir. Digər layihələr çərçivəsində isə üç böyük gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində iş aparılır.скачать dle 11.3
Mojo.az Banner