Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü | 14:48 Bakıda bu küçəni su basıb – Sakinlər evlərinə gedə bilmirlər | 14:33 Ərdoğan Azərbaycan xalqını təbrik etdi | 14:20 İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi | 14:13 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi | 14:02 Mingəçevirdə gənc bıçaqlanıb | 13:44 İqtisadi artım əhalinin rifahında nə dərəcədə hiss olunacaq? – Professor 2027-ci ilin proqnozlarını şərh etdi | 13:28 Bakıda ağac maşının üzərinə aşdı | 13:27 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib | 13:27 Bakıdan Cəbrayıla gedən avtomobil aşdı: Ziyarətə gedən qadın öldü | 13:08 Sabah bəzi yollar buz bağlaya bilər | 13:03 Kirayə avtomobillərlə səfər edənlərə DYP-dən xəbərdarlıq | 13:02 İlham Əliyev Norodom Sihamonini təbrik edib | 12:35 Antalyada COP31 başlayıb | 12:10 Azərbaycan Türkiyədən nə qədər mal alıb? - Rəqəmlər | 12:08 Rusiyada kişi yanğınsöndürənləri çağırıb onların maşınını qaçırdı | 11:59 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü - Video | 11:42 Ağdaşda 17 yaşlı yeniyetmə 36 yaşlı kişini bıçaqlayıb | 11:41 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı | 11:19 Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb |
Mojo.az Avto
Mojo.az Avto

Kür−Bakı magistral kəməri əsaslı təmir olunacaq

12.01.2026 22:26 600
Kür−Bakı magistral kəməri əsaslı təmir olunacaq
2026-2029-cu illərdə Kür−Bakı magistral kəmərinin əsaslı təmiri və bərpası planlaşdırılır.

Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, Kür−Bakı magistral su kəməri xətti üzrə su təchizatının dayanıqlığının artırılması məqsədi ilə ilkin olaraq layihə-smeta sənədlərinin hazırlanması, daha sonra tikinti layihələrinə ekspertiza rəyinin alınması icrası hədəflənir.

Həmçinin 2026-2031-ci illərdə Oğuz−Qəbələ−Bakı magistral kəmərinin əsaslı təmiri (qəzalı hissələrinin polad boru ilə əvəzlənməsi) və magistral kəmərin suburaxma qabiliyyətinin bərpası işlərinin aparılması nəzərdə tutulur. İşlər çərçivəsində magistral kəmərin 60 km qəzalı hissələrinin polad borularla əvəz olunacaq.

İşlərin əsas icraçısı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir.

Xatırladaq ki, Dövlət Proqramı Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı və tullantı suları sistemləri infrastrukturunun inkişaf etdirilməsi, intensiv yağışlar zamanı subasma risklərinin azaldılması, fasiləsiz və dayanıqlı su təminatının gücləndirilməsi məqsədilə hazırlanıb. Dövlət Proqramı 2026-2035-ci illəri əhatə etməklə iki mərhələdə həyata keçiriləcək. 2026−2030-cu illəri əhatə edən birinci mərhələdə su və kanalizasiya infrastrukturu yenidən qurulacaq. Bu çərçivədə mövcud infrastrukturun əsaslı təmiri və yenilənməsi, yağış sularının idarə olunması və tullantı sularının təkrar istifadəsi üzrə müasir texnologiyaların tətbiqi, "ağıllı su şəbəkələri"nin qurulması və ekoloji təhlükəsizliyin təmin olunması nəzərdə tutulur. Bu mərhələdə, mərkəzləşdirilmiş kanalizasiya sistemi olmayan ərazilərdə yeni infrastruktur yaradılacaq, eləcə də su şəbəkələrində itkilərin aşkarlanması və azaldılması üçün tədbirlər görüləcək. 2031-2035-ci illəri əhatə edən ikinci mərhələdə yeni su anbarlarının və nasos stansiyalarının tikintisi, su təchizatının fasiləsizliyinin təmin olunması və müasir xidmət modellərinin tətbiqi prioritet istiqamətlər kimi müəyyən ediləcək. Bu məqsədlə mövcud su təchizatı və kanalizasiya şəbəkələri daha da genişləndiriləcək, yağış sularının təkrar istifadəsi üçün yeni layihələr həyata keçiriləcək və ətraf mühitin qorunması istiqamətində tədbirlər görüləcək.

Son xəbərlər