Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:45 Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı məhkəmədən qərar | 19:57 Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb | 19:46 Biznes kartı, çıxarılan pullar, yoxa çıxan 651 min manat: Vüqar Əliyev bahalı hədiyyələri kimin üçün sifariş edib? | 19:40 Bakıda 18 istiqamətdə sıxlıq var | 19:28 Bakı Şəhər İcra Hakimiyyətində struktur dəyişiklikləri: Yeni təyinatlar - Adlar | 19:11 Güclü küləklə bağlı xəbərdarlıq | 19:10 Qlobal kiberhücum təhlükəsi: Azərbaycanı nə gözləyir? | 19:09 İki ölkədə "Telegram"a qadağa qoyuldu: Səbəb | 19:07 Bakıda Türkiyə vətəndaşını avtomobil vurdu | 16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman |
Mojo.az Avto
Mojo.az Avto

Bakıdan Tbilisiyə dəmiryolu vasitəsilə sərnişindaşımanın bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA

19.05.2026 15:01 981
Bakıdan Tbilisiyə dəmiryolu vasitəsilə sərnişindaşımanın bərpası ilə bağlı RƏSMİ AÇIQLAMA
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin WUF13-də iştirak etmək məqsədilə Bakıya səfəri çərçivəsində Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və bağlantı sahələrində ikitərəfli əməkdaşlığın dərinləşdirilməsinə yönəlmiş hərtərəfli sazişlər toplusunun imzalanması ilə strateji tərəfdaşlıqlarını bir daha təsdiqləyiblər.

Median.Az
İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, imzalanma mərasimi 18 may 2026-cı ildə Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə baş tutub.

Hər iki lider imzalanmış sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini, xüsusən də Azərbaycan və Gürcüstanın bir çox ölkələr üçün bağlantı habı kimi mühüm rolunu və bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

İmzalanmış sənədlərə Gürcüstana təbii qazın təchizatı, Azərbaycan təbii qazının beynəlxalq bazarlara əlavə təchizatı üçün tranzit razılaşmalarının davam etdirilməsi, Gürcüstana elektrik enerjisinin tədarükü və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti haqqında hökumətlərarası sazişlər, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində aparılan modernləşdirmə işlərinin yekun qəbulu və tamamlanmasını təsdiqləyən Koordinasiya Şurasının Protokolu daxildir.

Yuxarıda göstərilən hökumətlərarası sazişlərin həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq dövlət enerji şirkətləri 15 oktyabr 2026-cı il tarixindən gec olmayaraq, bağlanacaq müqavilələrin başlıca kommersiya parametrlərini müəyyən edən Əsas Şərtləri imzalayıblar.

Bundan əlavə, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "SOCAR Midstream Operations" MMC (SMO) və Gürcüstan Neft və Qaz Korporasiyası (GOGC) arasında Qərb Marşrutu İxrac Boru Kəmərinin Gürcüstan hissəsinin, o cümlədən Supsa Neft Terminalı və əlaqəli infrastrukturun istismar şərtlərini müəyyən edən Əməliyyat Sazişi üzrə Əsas Şərtlər imzalanıb.

Koordinasiya Şurasının Protokolu həmçinin müvafiq dəmir yolu infrastrukturunun dəmir yolu xəttinin idarə olunmasına nəzarət etmək üçün "BTKI Dəmir Yolları" MMC Birgə Müəssisəsinə ötürülməsini rəsmiləşdirib ki, bu da regional bağlantının gücləndirilməsində mühüm addımdır. Tərəflər əlavə olaraq 26 may 2026-cı il tarixindən etibarən Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik sərnişin qatarları xidmətlərinin bərpası barədə razılığa gəliblər.

Son xəbərlər