Mojo.az Banner
21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |     20:04 "Merry Beauty" və "A1 kitab Evi"ndə oğurluq  |     19:58 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb  |     19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qanunsuz balıq ovu ilə məşğul olan 48 nəfər məsuliyyətə cəlb edilib

15.05.2026 15:04 345
Qanunsuz balıq ovu ilə məşğul olan 48 nəfər məsuliyyətə cəlb edilib
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzi qanunsuz ova qarşı reydlər həyata keçirib.

Median.Az
mərkəzə istinadən xəbər verir ki, bu ilin yanvarın 1-dən mayın 14-dək keçirilən reydlər nəticəsində qanunsuz balıq ovu ilə məşğul olan 48 vətəndaş məsuliyyətə cəlb edilib, 45 fakt üzrə inzibati qaydada protokollar tərtib olunub, 3 fakt üzrə cinayət məsuliyyəti yaranması səbəbi ilə toplanmış materiallar aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilib.

Mayın 12-də IDEA İctimai Birliyi və Balıqçılıq və Akvakultura Mərkəzinin təşəbbüsü, Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin və "Bakı balıqçılar və su altı ovçular klubu" İçtimai Birliyinin əməkdaşlarının iştirakı ilə Kür çayının sahilində - Xəzər dənizinə töküldüyü hissədə təmizlik aksiyası keçirilib. Aksiyada xüsusi qayıqlar və sanitar ləvazimatlardan istifadə etməklə Kür çayının delta hissəsi balıqçılıq torlarından və balıq ovlama alətlərindən, həmçinin sahilboyu ərazilər məişət tullantılarından təmizlənib.

Mərkəz balıq ehtiyatlarının mühafizəsi, qanunsuz balıq ovuna qarşı nəzarət və ekoloji maarifləndirmə tədbirlərini ardıcıl davam etdirir.

Xatırladaq ki, Balıqçılıq və Akvakultura Mərkəzi mart-may ayları ərzində balıq ehtiyatlarının qorunması, qanunsuz balıq ovunun qarşısının alınması və ictimaiyyətin maarifləndirilməsi məqsədilə respublikanın müxtəlif regionlarında Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi əməkdaşları ilə birgə genişmiqyaslı nəzarət və profilaktik tədbirlər həyata keçirilib.

Tədbirlərdə balıqçılarla balıqovlama mövsümünün qadağan olunması barədə maarifləndirici söhbətlər aparılıb. Həmçinin, mütəmadi olaraq qanunsuz balıq ovuna qarşı reydlər keçirilib. Aşkar edilən torlar və balıq ovlama qurğuları sudan çıxarılaraq müvafiq qaydada ləğv edilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli qərarı ilə təsdiq edilmiş "Balıq və digər su bioresursları ovunun Qaydaları"na əsasən, balıqların kürüləmə dövrü ilə əlaqədar olaraq sənaye məqsədilə balıq və digər su bioresurslarının ölkə ərazisindəki bütün su hövzələrində ovu mayın 1-dən sentyabrın 1-dək qadağan edilib. Bu məqsədlə balıq ehtiyatlarının mühafizəsi və qanunsuz balıq ovuna qarşı nəzarət tədbirləri gücləndirilib.скачать dle 11.3
Mojo.az Banner