Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Balıqçılıq və Akvakultura Mərkəzi 2 ayda 15 min manat cərimə yazıb

24.02.2026 19:52 627
Balıqçılıq və Akvakultura Mərkəzi 2 ayda 15 min manat cərimə yazıb
Bu ilin yanvar-fevral aylarında Kənd Təsərrüfatı Nazirliyi yanında Balıqçılıq və Akvakultura Mərkəzi 13 qanunsuz balıq ovu faktı aşkar edib, 15 inzibati protokol tərtib edib, 15 min manat cərimə tətbiq edib, təbiətə 2 844 manat ziyan dəydiyini müəyyən edib.

Median.Az
bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, icra olunmuş tədbirlər çərçivəsində Xəzər dənizi istiqamətində, Novxanı qəsəbəsi sahəsində 2 qanun pozuntusu faktı aşkarlanıb, inzibati qaydada protokollar tərtib edilərək 2 000 manat cərimə tətbiq edilib, ovlanan siyənək balığına görə təbiətə 132 manat ziyan dəydiyi hesablanıb.

Eyni zamanda Xızı rayonunun Giləzi qəsəbəsi ərazisində qeydə alınmış fakt üzrə 1 000 manat cərimə tətbiq edilib, qarabel və siyənək balıqlarının qanunsuz ovlanmasına görə təbiətə 154 manat ziyan dəydiyi hesablanıb.

Xaçmaz rayonunun Müqtədir qəsəbəsində 6 fevral və 11 fevral tarixlərində aşkarlanan qanunsuz ov faktları üzrə hər birinə 1 000 manat olmaqla cərimələr tətbiq edilib, ovlanması qadağan olunmuş nərə cinsli 1 ədəd uzunburun və 3 ədəd bölgə və kütüm balıqlarına görə təbiətə ümumilikdə 1 425 manat ziyan dəyməsi müəyyən edilib.

Sumqayıt şəhəri, H.Z. Tağıyev qəsəbəsi istiqamətində qeydə alınmış iki fakt üzrə hər biri üçün 1 000 manat cərimə tətbiq edilib, ovlanmış kütüm və siyənək balıqlarına görə ümumilikdə təbiətə 99 manat ziyan dəydiyi müəyyənləşib.

Mingəçevir su anbarının sağ sahilində, Samux rayonunun inzibati ərazisində aşkarlanan fakt üzrə 1 000 manat cərimə tətbiq edilib, sıf və daban balığı ovu nəticəsində təbiətə 242 manat ziyan dəydiyi müəyyənləşib.

Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində keçirilmiş reyd zamanı qadağan olunmuş ov aləti olan elektrik cərəyanı ilə üç qanunsuz balıq ovlanması faktı aşkarlanıb, inzibati qaydada 5 protokol tərtib edilərək 5 000 manat cərimə tətbiq olunub. Müxtəlif balıq növlərinin qanunsuz ovlanmasına görə təbiətə 792 manat ziyan dəydiyi müəyyən edilib, qanunsuz ov alətləri maddi sübut kimi götürülüb.

Son günlər sosial şəbəkələrdə Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisində qanunsuz balıq ovu ilə bağlı paylaşılan məlumatlar yerində araşdırılıb. Aparılan yoxlamalar zamanı Neftçala rayonunun Mirqurbanlı kəndi ərazisindən keçən Baş Mil–Muğan kollektoru istiqamətində qanunsuz balıq ovu faktı aşkarlanıb, inzibati qaydada 2 protokol tərtib edilərək 2 000 manat cərimə tətbiq edilib.

Bununla yanaşı, Baş Mil–Muğan kollektorundakı vəziyyət nəzarətə götürülüb, qanunvericiliyə uyğun olaraq tədbirlər davam etdirilir.

Qeyd olunan pozuntular və dəymiş ziyanın ödənilməsi ilə bağlı aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciətlər olunmaqdadır.

Son xəbərlər