Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda “Jek” müdiri 5 min manat cərimələndi - FOTO

05.06.2018 13:03 3 332
Bakıda “Jek” müdiri 5 min manat cərimələndi - FOTO
Paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 60 saylı binanın qarşısında ağac kəsintisi faktı qeydə alınıb.

ETSN-dən verilən məlumata görə, sözügedən ünvana keçirilən baxış zamanı köküstə yaş 16 sm diametriliyində 1 ədəd ərik ağacının tikinti işləri aparılan zaman kəsildiyi və təbiətə 900 manat ziyan dəydiyi məlum olub.

Faktla bağlı Nəsimi rayon 31 saylı Mənzil Komunal İstismar Sahəsinin rəisi Vidadi Həsənov barəsində protokol tərtib olunub və o, İnzibati Xətalar Məcəlləsinə əsasən vəzifəli şəxs qismində 5000 manat məbləğində cərimə edilib.

Tikintinin dayandırılması üçün Bakı şəhər və Nəsimi rayon İcra Hakimiyyətlərinə telefonoqram göndərilib.


Son xəbərlər