Mojo.az Banner
23:00 Bu çay üzərində 600 metrlik mühafizə divarı tikiləcək  |     22:53 Türkiyədə azərbaycanlı qadının meyiti tapıldı  |     22:45 Cənubi Sudanda təyyarə qəzası oldu - Xeyli sayda ölən var  |     22:40 Bu ölkə rusiyalılara daşınmaz əmlak almağı qadağan edir  |     22:33 “WhatsApp” bu telefonlarda işləməyəcək  |     22:27 Bakının bir küçəsində hərəkət birtərəfli təmin ediləcək  |     22:19 Space TV-də daha iki verilişin yayımı dayandırılıb  |     22:14 Tehran Hörmüz boğazı ilə bağlı alternativ yola ət atdı  |     22:00 İsmayıllıda zavodda ÖLÜM  |     21:55 3 ayda 21 piyada ölümü - Kimdir günahkar?  |     21:48 Mövlam Şıxəliyevin oğlu Azərbaycanı tərk edib?  |     21:43 Qəhvənin bilinməyən faydası aşkarlandı  |     21:35 Gələn il xarici dil imtahanı necə olacaq? - DETALLAR  |     21:30 Piyadanın ölümünə səbəb olan sürücü hansı cəza ilə üzləşir  |     21:23 Şamaxıda yol qəzası olub, xəsarət alanlar var  |     21:16 Baş nazirdən benzin və dizel yanacağı ilə bağlı QƏRAR  |     21:16 “Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı  |     21:11 Bakıda kütləvi dava zamanı qətl törətməkdə təqsirləndirilənlərə ağır cəza istənildi  |     21:02 Buraxılış imtahanında şagirdlərə əlavə vaxt veriləcək  |     20:57 Bu şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək  |    
Left Banner
Right Banner

Kür çayının aşağı axınına suyun buraxılmasına BAŞLANILDI

27.04.2026 11:41 207
Kür çayının aşağı axınına suyun buraxılmasına BAŞLANILDI
Mingəçevir su anbarından Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Dövlət Agentliyi (ADESA) məlumat yayıb.

Bildirilib ki, martın sonundan başlayaraq, respublikanın bütün bölgələrində intensiv yağışlar nəticəsində transsərhəd çaylarında, eləcə də daxili çaylarda gürsululuq müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarına may-iyunda daha artıq su daxil olacağı nəzərə alınaraq, aidiyyəti qurumlarla razılaşdırılaraq 13 apreldən Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500 kubmetr, 17 apreldən isə 700 kubmetr su buraxılması qərara alınıb.

Eyni vaxtda Kür çayına sağ və sol qollarından qoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay və Girdmançay çayları vasitəsilə daxil olan su artıb, həmçinin yağıntı səbəbi ilə Kür çayı üzərində yerləşən nasos stansiyalarının işlədilməsinə ehtiyac olmayıb və nəticədə bir sıra rayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmaları baş verib, mühafizə zonasında olan bir neçə yaşayış evlərinin həyətyanı sahələrinin və örüş torpaqlarının su basma faktları qeydə alınıb.

"Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadların vaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismar idarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədilə agentliyin tabeliyində Regional Su Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrinin mütəxəssisləri yerlərə ezam olunublar, yarana biləcək fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyata keçirilib.

Ölkədə su ehtiyatından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ölkə Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın 23 apreldə keçirilmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərə alınaraq, Mingəçevir su anbarının iş rejiminə gündəlik nəzarət olunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağı axınına suyun buraxılması qərara alınıb.

24 apreldən Kür çayında suyun səviyyəsinin tədricən enməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 sm arasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası ilə suyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, su basma təhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrik avadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən su tədricən kənarlaşdırılır, əhali gündəlik normal təsərrüfat fəaliyyətini davam etdirir", - məlumat qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner