Mojo.az — elanlar
Son Xəbərlər
20:40 Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi  |     20:35 İordaniyada kilsədə atışma olub - Ölənlər var  |     20:28 Moskvada uçuşlar dayandırıldı - Hava limanları boşaldılır  |     20:22 Göyçayda evlərdən 24 min manat oğurlandı  |     20:14 Azərbaycanda müəllim vəfat etdi  |     20:09 Bu ölkə rus diplomatları "arzuolunmaz" şəxs elan etdi  |     20:01 Amerikalı aktyor vəfat etdi  |     19:55 Ağsuda kafedə pivə almamaq üstündə yeniyetməni öldürmək istədilər - TƏFƏRRÜAT  |     19:50 Gəncədə qəza - 4 nəfər xəsarət aldı  |     19:42 Azərbaycanda kənd təsərrüfatı məhsulları ilə bağlı yeni mexanizm  |     19:37 Bulvarda bir nəfər dənizə düşdü - VİDEO  |     19:30 Sabah yağış yağacaq  |     19:24 Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı  |     19:15 Salyanda kişini "tok" vurub öldürdü  |     19:10 “Spotify” 50 milyondan çox mahnını sildi  |     19:02 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı  |     18:40 Vətən müharibəsi qazisinin qətlə yetirilməsinin yeni təfərrüatı  |     18:36 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı  |     17:27 Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar  |     17:17 Tiktoker "İsican" həbs edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

İtaliyada "Formula-1" pilotlarına qarşı irimiqyaslı ARAŞDIRMA BAŞLADI

21.04.2026 14:49 561
İtaliyada
İtaliya vergi orqanları "Formula-1" pilotları və komandalarına qarşı ciddi araşdırmaya başlayıb.

Oxu.Az-ın "RacingNews365"ə istinadən verdiyi məlumata görə, idmançılar ölkə ərazisində baş tutan Qran-pri yarışlarından əldə etdikləri gəlirlərə görə əlavə vergi ödəməli ola bilərlər.

Nəşrin məlumatına əsasən, İtaliyanın maliyyə polisi artıq hərəkətə keçərək pilotlara xüsusi məktublar göndərib. Onlardan 2025-ci il üçün vergi bəyannamələrini təqdim etmək və hakimiyyət orqanları ilə şəxsən, yaxud nümayəndə vasitəsilə əlaqə saxlamaq tələb olunur. Bununla yanaşı, İtaliya tərəfi əvvəlki illər üzrə vergi qanunvericiliyinə necə əməl olunduğunu da dərindən yoxlamaq niyyətindədir.

İtaliya qanunlarına görə, ölkə ərazisindəki yarışlarda iştirak edən əcnəbi idmançılar burada qazandıqları gəlirlərdən mütləq vergi ödəməlidirlər. Lakin indiyədək bu qaydanın tətbiqində ardıcıllığın olmaması hazırkı genişmiqyaslı yoxlamalara əsas səbəb kimi göstərilir.

Gəlirlərin dəqiq mənzərəsini yaratmaq məqsədilə vergi orqanlarının pilotların müqavilələrinə və sponsorluq sazişlərinə çıxış tələb edəcəyi bildirilir. Əgər ödənilməyən verginin məbləği 50 min avronu keçərsə, bu, artıq cinayət əməli kimi tövsif oluna bilər. Üstəlik, qayda pozucularını borcla yanaşı, olduqca iri məbləğdə cərimələr də gözləyir.

Qeyd edək ki, son illərdə "Formula-1" yarışları İtaliyanın üç fərqli trasında - Montsa (İtaliya Qran-prisi), İmola (Emiliya-Romanya Qran-prisi) və 2020-ci ildə Muccelloda (Toskana Qran-prisi) keçirilib. İtaliya Hesablama Palatası hər üç əyalətdə müvafiq yoxlamaların aparılması barədə xüsusi tapşırıq verib.

Son xəbərlər