Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq | 12:09 İşdən çıxarılan şəxslərə kredit borcları ilə bağlı şad xəbər | 11:44 Novxanı-Pirşağı yolunda qəza: 5 nəfər xəsarət aldı | 11:40 Antonelli tarixdə ən gənc "Formula-1" çempionu oldu | 11:34 Bakı Dövlət Universitetinin dosenti vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı bloqerlər vergi ödəməli olacaq

07.02.2019 18:40 2 078
Azərbaycanlı bloqerlər vergi ödəməli olacaq
Vergilər nazirliyi sosial şəbəkələrdəki gəlirlərdən vergi ödənilməsini təklif edir.

Median.Az
-in abc.az saytına istinadən xəbər verir ki, bununla bağlı Vergilər nazirliyinin Vergi siyasəti idarəsinin direktoru Əvəz Quliyev açıqlama verib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə reklamdan gəlir əldə edən bir çox məşhur insanlar vergi ödəməkdən yayınır.

"Qanunvericiliyə əsasən, bu insanlar da kommersiya fəaliyyəti ilə məşğul olan digərləri kimi, xüsusi ilə də fiziki və hüquqi şəxslər, 18% ƏDV-dən əlavə 10% gəlir vergisi ödəməlidir. Əgər bir şəxs vergi orqanlarında qeydiyyatdan keçməyibsə və sosial şəbəkədə nağdsız şəkildə reklamdan gəlir əldə edirsə, o zaman bank sözügedən əməliyyata görə 18% ƏDV tutur", - deyə A. Quliyev bildirib.

Onun sözlərinə görə, əgər reklam sifarişçisi xarici vətəndaş və ya şirkətdirsə, onda yerli rezidentlər də Azərbaycan vergilər qanunvericiliyənə əsasən vergi ödəməlidir.

Son xəbərlər