Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:51 Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusu bağlandı | 17:46 Ağsuda 9-cu sinif şagirdinə cinsi zorakılıq edildi - Təfərrüat | 17:38 Azərbaycanda kərə və duru yağ niyə bahalaşır? – İqtisadçı səbəbləri açıqladı | 17:31 Bakıda müdirini öldürüb meyitini gölə atan kişi və qadın hakim qarşısında | 17:27 Uşağı məktəbdə yandırılan ata: "Elə bil belə də olmalı idi" - Video | 17:06 Dublində Azərbaycan və Moldova prezidentlərinin görüşü olub - FOTo | 16:57 İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşdü | 16:45 Özəl məktəblər geyim qaydalarını istədikləri kimi müəyyən edə bilməz – Açıqlama | 16:42 Bakıda ərini çapacaqla yaralayan qadının məhkəməsi başlayıb | 16:41 Bakıda və rayonlarda güclü külək gözlənilir - Xəbərdarlıq | 14:45 Bakıda maşının nömrəsini oğurlayıb 2 min tələb etdilər... | 14:43 Günəşdə gözlənilməz güclü partlayış olub | 14:41 Generalın qızı məhkəməyə gətirildi - Halı pisləşdi | 14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video |
Mojo.az Avto
Mojo.az Avto

Avstriya internet nəhənglərinə qarşı rəqəmsal vergi tətbiq edəcək

05.04.2019 23:33 1 846
Avstriya internet nəhənglərinə qarşı rəqəmsal vergi tətbiq edəcək
Avropa İttifaqı (Aİ) daxilində internet nəhənglərinə qarşı rəqəmsal vergi tətbiqi ilə bağlı fikir ayrılığı olduğuna görə, Avstriya bu məsələdə fərdi addım atmaq qərarına gəlib.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, hələ cari ilin əvvəlində vahid Avropa mövqeyi olmayacağı təqdirdə fərdi şəkildə vergi tətbiqini elan edən Avstriya hökuməti artıq konkret addımlar atacaq. Nazirlər Kabinetinin qərarına əsasən, rəqəmsal vergi haqqında qanun layihəsi hazırlanaraq ölkə parlamentinə təqdim edilməlidir.

Avstriyanın federal maliyyə naziri Hartviq Löqer mətbuata verdiyi açıqlamada deyib: "Martda Aİ ölkələrinin rəqəmsal vergi barədə danışıqları uğursuzluğa uğradıqdan sonra, Avropanın edə bilmədiyini Avstriya etmək qərarı verdi". Onun sözlərinə görə, yeni vergi sayəsində dövlət büdcəsinə ildə 200 milyon avro əlavə vəsait daxil olmalıdır.

İlkin plana əsasən, Avstriyada onlayn ticarət və reklamla məşğul olan internet şirkətləri dövriyyənin 5 faizi həcmində rəqəmsal vergi ödəməli olacaqlar. Kiçik və orta sahibkarlara əlavə vergi yükü yaratmamaq üçün hökumət rəqəmsal vergini illik dövriyyəsi 750 milyon avrodan çox olan şirkətlərə tətbiq etmək niyyətindədir. Həmin vəsaitdən 25 milyon avro Avstriyadakı fəaliyyət nəticəsində formalaşarsa, o zaman həmin internet şirkətləri Avstriyada rəqəmsal vergiyə cəlb olunacaqlar. Bununla da Avstriyada demək olar ki, heç bir vergi ödəməyən və bunu da bu ölkədə daimi nümayəndəliyə malik olmadıqlarını əsas gətirən "Amazon", "Facebook", "Google" və digər nəhəng şirkətlər vergiödəyicilərinə çevriləcəklər.

Son xəbərlər