Mojo.az Banner
22:59 Etna vulkanının püskürməsi: İtaliyanın Kataniya aeroportu yenidən uçuşları dayandırıb - FOTO - VİDEO  |     22:50 Azərbaycanda məktəblərdə qızların sırğa taxması qadağan edilir? - AÇIQLAMA  |     22:44 Pəhriz saxlayanlar diqqətli olsun  |     22:39 Netanyahu Nyu-Yorka səfər edəcək  |     22:32 Xalq artisti oğluna toy edir - VİDEO  |     22:21 İrandan paraplanla 65 kiloqram narkotik keçirilməsinin qarşısı alındı  |     22:13 Paytaxtın bu hissəsində təmir işləri tamamlandı  |     22:05 Natiq Cəfərli: "220 manat alanların ödənişi artırılmalıdır"  |     21:59 Sabah saat 10:00-dan qaz olmayacaq - bu ərazilərdə  |     21:51 Putinin xüsusi təyyarəsinin sirri: İçərisində nələr var?  |     21:45 Toylarında taxılan qızıllar gündəm oldu: "Vanlı Kara Haydar"ın həyat yoldaşı da həbs edildi  |     21:36 "Sabah" "Şəfa"ya qalib gəldi  |     21:27 Qardaşını həyat yoldaşına qısqanıb öldürdü: Xasay Quliyevə ağır cəza  |     21:19 "Sülh Körpüsü" Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib  |     21:01 DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?  |     20:41 DTX-dən əməliyyat: Azyaşlıları dini ayinlərə cəlb edən şəxs saxlanıldı  |     20:33 Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır  |     20:23 “Sovetski”də söküntü ərazisindən meyit tapıldı  |     20:16 "Neftçi" Elvin Camalov ilə yollarını ayırdı - RƏSMİ  |     20:05 Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR  |    
Mojo.az Avto
Mojo.az Avto

Vergi orqanları doqquz ayda 31 milyon manat ziyanı büdcəyə ödətdirib

13.10.2023 18:58 1 476
Vergi orqanları doqquz ayda 31 milyon manat ziyanı büdcəyə ödətdirib
Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 31 milyon 381,1 min manat ziyanın dövlət büdcəsinə ödətdirilməsini təmin edib.

Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, 9 ay ərzində Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi vergi ödəməkdən yayınma faktları üzrə 452 cinayət işi başlayıb. Əvvəlki ildən qalıq qalmış işlər də nəzərə alınmaqla, cəmi 119 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb, bunlardan 68 cinayət işinin icraatına xitam verilib, 62 nəfər barəsində ittiham elan edilməklə 51 cinayət işi məhkəməyə göndərilib, 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqı tamamlanmış 68 cinayət işindən 29-u üzrə vergi ödəyicilərinin yayındırdığı vergi ibtidai istintaq zamanı tam ödənildiyindən, Cinayət-Prosessual Məcəlləsinə əsasən müvafiq qərarlar qəbul edilib. Həmin cinayət işləri üzrə əvvəlki illərin ödəmələri nəzərə alınmaqla, dövlət büdcəsinə 16 milyon 417,7 min manat vəsait ödənilib.

Bundan əlavə, vergi borcu üzrə cinayət tərkibi yaradan və vergi orqanlarından daxil olmuş materiallarla bağlı görülmüş preventiv tədbirlər nəticəsində büdcəyə 4,6 milyon manat vəsait ödətdirilib.

Hesabat dövründə müxtəlif sahələrdə, o cümlədən idxal, topdan və pərakəndə ticarət, istehsal, ictimai iaşə fəaliyyəti göstərən 125 vergi ödəyicisində 252 vergi nəzarət tədbiri həyata keçirilib, 99 vergi ödəyicisində 210 nöqsan aşkar edilib. Operativ vergi nəzarəti tədbirləri nəticəsində ümumilikdə 1 milyon 650 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.скачать dle 11.3
Mojo.az Banner