Mojo.az Banner
17:03 Eviniz plana düşübsə, bunu mütləq bilməlisiniz: Kompensasiya belə hesablanır  |     16:47 Prezident Şuşa ilə bağlı qanuna dəyişikliyi təsdiqlədi  |     16:43 Azərbaycanda faciə: 43 yaşlı kişini sel apardı  |     16:27 Dənizdə boğulma hallarının sirri: FHN vətəndaşlara müraciət etdi  |     16:10 Günvurma zamanı ilk yardım necə göstərilməlidir?  |     16:05 Bakı metrosunun iş rejimi dəyişəcək - SƏBƏB  |     15:50 Pirşağıda kanalizasiya kollektorlarının tikintisi aparılır – Rəsmi açıqlama  |     15:04 Türkiyədə hava limanında insident - Polislər yaralandı  |     14:59 Dostunu öldürməkdə ittiham olunan şəxsin məhkəməsi başladı  |     14:52 Laçında 2 tondan artıq çətənə kolu məhv edildi  |     14:45 Bakıda qadın “Massimo Dutti”, “Oysho” və “Stradivarius”dan bahalı paltarlar oğurlayıb  |     14:45 Rumıniya NATO-dan kömək istədi  |     14:36 Xaricdəki müharibələrə qoşulan azərbaycanlılara xəbərdarlıq  |     14:31 Bu ərazilərdə söküntü gedir - ÜNVANLAR  |     14:29 Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı: Yaralılar var  |     14:27 Cari ildə Azərbaycandan 850 əcnəbi deportasiya edilib  |     14:24 "Türkiyəyə "F-35" qırıcıları veriləcək": Trampdan diqqətçəkən açıqlama  |     14:05 6 ayda neçə Azərbaycan vətəndaşı əcnəbilərlə nikah bağlayıb?  |     14:03 Azərbaycanla daha bir ölkə viza rejimini ləğv edir  |     13:52 Nazirliyin balansındakı heyvanları oğurladı - Dövlətə 6 mindən çox ziyan vurdu  |    
Left Banner
Right Banner

Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib

14.03.2025 15:10 1 131
Azərbaycanda ötən il 5 milyard manatdan çox vergi borcu ləğv edilib
2024-cü ildə Azərbaycanda 202.1 min vergi ödəyicisinin 5 milyard 537.9 milyon manat vergi borcu yaranıb, 189.5 min vergi ödəyicisinin 5 milyard 199.6 milyon manat vergi borcu ləğv edilib.

Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Sənədə əsasən, bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 6.1% az, 12.2% çox, 10.1% az və 5.7% azdır.

Hesabat dövründə borclu vergi ödəyicilərinin borcun tərkibi və ödəmədiyi təqdirdə görüləcək inzibati tədbirlər barədə ilkin olaraq məlumatlandırılması məqsədilə onlara ümumilikdə 1.3 milyon manat rəsmi bildiriş, mobil əlaqə nömrəsinə 561.8 min qısa mesaj göndərilib, 208.6 min telefon zəngi edilib.

Borcun dövlət büdcəsinə alınmasını təmin etmək üçün borclu vergi ödəyicilərinin aktiv bank hesablarına ümumilikdə 6 milyon sərəncam göndərilib, 7 min şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması barədə ümumilikdə 12 min ədəd qərar qəbul edilib, borclu vergi ödəyicilərinin borcunun "İnzibati icra haqqında" qanunun 82-ci maddəsinin müddəalarına əsasən tələbin icraya yönəldilməsi barədə ümumilikdə 5.12 min qərar qəbul edilib, habelə 643 vergi ödəyicisi üzrə cinayət tərkibi yaradan materiallar aidiyyəti istintaq orqanına göndərilib.

Vergi inzibatçılığının müqayisəli qiymətləndirilməsi üçün vasitələrdən biri Beynəlxalq Valyuta Fondunun hazırladığı Vergi İnzibatçiliğı Diaqnostik Qiymətləndirmə Alətidir (TADAT), TADAT metodologiyasına əsasən vergi borclarının məbləği ve hərəkət göstəricisi indikatoru, büdcə ilinin sonunda ümumi vergi borclarının həmin ilin sonuna olan ümumi vergi gəlirlərinə nisbəti ilə ölçülür. Belə ki, metodologiyaya əsasən bu nisbət göstəricisi 20 % -dən artıq olduğu halda, müvafiq sahə üzrə inzibatçılıq lazımi səviyyədə təşkil olunmamış kimi qiymətləndirilir. Respublika üzrə 2024-cü ilin sonuna gözlənilən ümumi borc məbləğinin təqribən 3 milyon 120.4 min manat təşkil edəcəyi nəzərə alınmaqla həmin göstərici sözügedən metodologiyaya əsasən normadaxili göstərici kimi qəbul edilə bilər.

Eyni zamanda, 2023-cü ildə borcun məbləğində 18% artım olduğu halda, hesabat ilində həmin göstərici 12.1% təşkil edib.

Sosial sığorta haqları üzrə 1 yanvar 2024-cü ilə 150.3 min vergi ödəyicisinin 233.2 milyon manat, 1 yanvar 2025-ci ilə isə 155.2 min vergi ödəyicisinin 263.9 milyon manat borcu olub. Bu göstəricilər müvafiq olaraq İşsizlikdən sığorta haqları üzrə 5.5 milyon manat (26.9 min vergi ödəyicisi) ve 6.7 milyon manat (31.5 min vergi ödəyicisi), İcbari tibbi siğorta haqları üzrə isə 15.3 milyon manat (57.7 min vergi ödəyicisi) və 26.2 milyon manat (67.3 min vergi ödəyicisi) təşkil edib.скачать dle 11.3
Mojo.az Banner